Rusiyanın xarici borcu 317,5 milyard dolları aşdı 

img

30-06-2025 [22:10]


Rusiyanın xarici borcu ilin birinci rübündə 26,7 milyard dollar artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Rusiya Mərkəzi Bankının hesabatında məlumat yer alıb.

Qeyd edilib ki, bununla da ölkənin xarici borcu pik həddə - 317,5 milyard dollara yüksəlib: "Rusiyanın xarici borcu ilin birinci rübündə 26,7 milyard dollar artaraq, 1 aprel 2025-ci il tarixinə cəmi 317,5 milyard dollara çatıb..."

Məlumatda deyilir ki, bu tarixdən başlayaraq, xarici borclar azalmaq əvəzinə hələ də artımtempi ilə davam edir.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:27 30.06.2025

İranda zəlzələ olub