YAP-da Zərifə Əliyevaya həsr olunan "Nurlu ömrün işığı" adlı konfrans keçirilib
28-04-2022 [13:56]
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Zərifə Əliyevanın anadan olması 99-cu ildönümünə həsr olunan "Nurlu ömrün işığı" adlı konfrans keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə səhiyyə naziri Teymur Musayev, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları və digər şəxslər iştirak edib.
Tədbirin əvvəlində görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın, torpaqlarımızın müdafiəsində və azad edilməsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini-Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov bildirib ki, Zərifə Əliyevanın şərəfli ömür yolu gələcək nəsillər üçün nümunədir: “O gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm nümunə yaradıb. Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi də Zərifə Əliyevanın adı ilə bağlıdır. O həmçinin, Azərbaycanda oftalmologiyanın inkişafına töhfələr verib. Bununla yanaşı Zərifə xanım Əliyeva ictimai fəaliyyəti də cəmiyyətimiz üçün faydalı olub. O vətən üçün, Azərbaycan naminə misilsiz işlər görüb. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alan Prezident İlham Əliyev Azərbaycana tarixi nailiyyətlər qazandırıb. Bir sözlə, Prezident İlham Əliyev tarix yazıb və adını tarixə həkk etdirib”.
Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Zərifə xanımla ünsiyyətdə olanlar onu bir daha unuda bilmirdilər, o, bu cür şəxsiyyət idi: “Zərifə xanım üçün xeyirxahlıq hər zaman həyat tərzi olub. Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirən Zərifə xanım bütün situasiyalarda ulu öndərə dəstək olub. Zərifə xanım ölkəmizdə geniş yayılan traxomanın ləğvi istiqamətində aparılan elmi araşdırmaları novator alimin dissertasiyasının əsasını təşkil etdi. İlk dəfə olaraq Azərbaycanda Zərifə Əliyevanın sayəsində göz orqanının peşə xəstəlikləri öyrənilib”.
Nazir qeyd edib ki, dövlət başçısının həkim ailəsində böyüməsi bu gün onun fəaliyyətində səhiyyə sahəsinə xüsusi diqqət yetirməsində, əhalinin sağlamlığı üçün daim addımlar atmasında özünü göstərir: “Ölkəmizdə hazırda səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə onun böyük zəhməti var. İnsanlara nur bəxş etmək funksiyası olan Zərifə Əliyevanın işıqlı obrazı heç vaxt xatirələrdən silinməyəcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Akademik Zərifə Əliyeva - xeyirxahlıq və humanizm mücəssəməsi” mövzusunda nitq söyləyib: “Mən düşünürəm ki, o, bizim insan kapitalımızın əhəmiyyətli hissəsidir. Bu gün Zərifə xanım insanların qəlbində özünə sevgidən abidə ucaldıb”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, 40-cı illərin əvvəllərində, 50-ci illərin əvvəllərində dünyada 400 milyon insan traxoma xəstəliyindən əziyyət çəkmiş, onlardan 80 milyonunun gözü tutulmuşdu: “Zərifə xanımın elmi fəaliyyəti, elmi tədqiqatları ilə tanış olanda görürük ki, o həmişə oftalmologiyanın ən çətin sahələrinə müraciət edib. Zərifə xanım ilk tədqiqatçı idi ki, göz dibini müayinə etməklə insanda olan xəstəlikləri ortaya çıxara bilirdi. Bu tək Azərbaycanda deyil, dünyada yüksək qiymətləndirilən tədqiqat idi. Zərifə xanımın bu sahədə 2 monoqrafiyası var”.
Tədbirin sonunda Prezident İlham Əliyevin 7 mart tarixli sərəncamı ilə Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təltif edilmiş xanımlara “Tərəqqi” medalı təqdim edilib.
Bundan əlavə Azərbaycan Prezidentinin 1 fevral tarixli sərəncamına əsasən Azərbaycanın ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Zərifə Teymur qızı Salahovaya “Şərəf” ordeni təqdim edilib.
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...