Çempionlar Liqasının oyununu təxirə salan terrorla bağlı yeni xəbər - 1 nəfər saxlanıldı

img

12-04-2017 [16:22]


Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının dünən gecə oynanılmalı olan "Borussiya Dortmund" - "Monako" oyununa saatlar qalmış stadionın girişində şiddətli partlayış olub.

Mia.az bildirir ki, baş verən partlayışla bağlı bu gün Almaniya polisi bir nəfəri həbs edib.

Hələllik həbs edilənin kimliyi haqda məlumat verilimir.

Xatırladaq ki, hadisə "Borussiya"lı oyunçuların avtobusla meydançaya girişi ərəfəsində yaşanıb. Nəticədə "Borussiya"nın oyunçusu Mark Bartra yaralanıb.

Almaniya polisi hadisənin uzaqdan idarə olunan bombanın partladılması nəticəsində baş verdiyini bəyan edib.

Onu da qeyd edək ki, partlayış səbəbindən "Borussiya Dortmund" - "Monako" oyunu bu günə təxirə salınıb. Oyun Bakı vaxtı ilə sabah 22.45-də oynanılacaq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA