İrəvanda aksiya: "Paşinyan həbs olunmalıdır"

img

27-04-2022 [16:23]


44 günlük müharibə zamanı ölən hərbçilərin valideynləri İrəvanda Ermənistan Baş Prokurorluğunun qarşısında aksiya keçirib.

“Sputnik Armenia” xəbər verir ki, onlar Baş nazir Nikol Paşinyanın həbs olunmasını tələb ediblər.

Etirazçılar Baş Prokurorluq Paşinyanı təqsirləndirilən şəxs kimi istintaqa cəlb etməyənə qədər dağılışmayacaqlarını söyləyiblər/APA

Xatırladaq ki, Nikol Paşinyanın istefası tələbi ilə Ermənistanın bir neçə şəhərində aksiyalar davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA