"Baydenin bugünkü uğursuz bəyanatı da..." - Türkiyə XİN-dən bəyanat

img

24-04-2022 [19:24]


"1915-ci il hadisələri ilə bağlı tarixi faktlara və beynəlxalq hüquqa aidiyyatı olmayan bəyanatlar etibarsızdır. Buraya ABŞ Prezidenti Co Baydenin 2021-ci ildə etdiyi səhvi təkrarlayan bugünkü uğursuz bəyanatı da daxildir. Biz tarixi faktları siyasi şərhlərlə saxtalaşdıran bəyanat və qərarları rədd edir, bu səhvə israrla yol verənləri qətiyyətlə pisləyirik".

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda deyilir ki, tarixə düşmənçilik yaratmaqdan başqa heç bir məqsəd daşımayan birtərəfli və qərəzli yanaşmalar siyasi motivlidir: "Türkiyə ermənilər də daxil olmaqla, bütün Osmanlı əhalisinin əziyyətini ehtiramla xatırlayır. Biz bu ağrılı anları siyasiləşdirmək cəhdlərini rədd edirik. Türkiyə hesab edir ki, 1915-ci il hadisələri kimi mübahisəli tarixi dövrlər qərəzsiz, obyektiv, ədalətli araşdırılmalıdır. Bu məqsədlə Türkiyə müştərək tarix komissiyasının yaradılmasını təklif edib və bütün arxivlərini açıb. Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü bu konsepsiyanın növbəti təzahürüdür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR