Lam: "Mançester Yunayted"ə qalib gəlmək istəyirik"

img

01-04-2014 [18:46]


"Bavariya" klubunun kapitanı Filip Lam Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində bu axşam qarşılaşacaqları "Mançester Yunayted"lə matç haqda danışıb. 

Qol.Az-ın məlumatına görə, alman futbolçu klubun rəsmi saytına açıqlamasında səfərdə qələbə qazanmaq istədiklərini bildirib:

"Bu çox gözəl duel olacaq. Səbirsizliklə axşamkı oyunu gözləyirik. Biz səfərdə yalnız qol vurmaq deyil, həm də qələbə qazanmaq istəyirik. Ümid edirəm ki, səfərdən sərfəli nəticə ilə qayıdacağıq".

Qeyd edək ki, "Mançester Yunayted" - "Bavariya" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA