“Qürur hissi ilə demək olar ki,…”- Rövnəq Abdullayev

img

30-04-2014 [10:36]



"Böyük sevinc və qürur hissi ilə demək olar ki, ölkəmizdə daha bir beynəlxalq yarış — futzal üzrə UEFA kubokunun final mərhələsi yüksək səviyyədə təşkil olunub”.

AzərTAc xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. R.Abdullayev bildirib ki, "dördlər finalı”nın Bakıda təşkil olunacağı ilə bağlı qərar verildikdən dərhal sonra hazırlıq işlərinə başlanılıb və oyunlar bütün parametrlərə görə standartlara uyğun keçirilib: "Final mərhələsinə yüksəlmiş "Dinamo” (Rusiya), "Kayrat” (Qazaxıstan), "Barselona” (İspaniya) və "Araz”ın (Azərbaycan) iştirakı ilə azarkeşlər çox maraqlı oyunların şahidi oldular. Final mərhələsində bizim üçün daha bir sevindirici məqam təmsilçimiz "Araz” klubunun üçüncü yeri yüksələrək mükafatçılar sırasında yer tutması oldu”.

R. Abdullayev qeyd edib ki, "Dördlər finalı”nın yüksək səviyyədə təşkili bizdə bir daha əminlik yaratdı ki, 2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı istər UEFA-nın, istər iştirakçı komandaların, istərsə də azarkeşlərin ürəyincə olacaq: "Futzal üzrə UEFA kubokunun final mərhələsinin təşkilində böyük əmək sərf etmiş UEFA və yerli təşkilat komitəsinə, AFFA-nın əməkdaşlarına, turnirin təbliğində zəhməti olan mətbuat nümayəndələrinə, oyunların keçirildiyi "Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyinə və bütün kollektivinə, oyunları tribunadan izləyərək komandaları qələbəyə ruhlandıran azarkeşlərə təşəkkürümü bildirirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA