Ukrayna və Rusiya XİN başçıları Türkiyədə bir arada: "Lavrov öhdəlik götürmədi" - "Putinlə görüş danışıqlar xətrinə olmalı deyil" - İlk açıqlamalar (Xəbər yenilənir)
10-03-2022 [15:03]
“Bu görüş üçün türkiyəli həmkarım Mövlud Çavuşoğluna təşəkkür edirəm”.
Mia.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib: “Bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk görüşü idi. Görüş həm çətin, həm də asan oldu. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Rusiyanın xarici işlər naziri Sergey Lavrov təxliyə məsələsində öhdəlik götürmədi. Ukrayna hakimiyyətindəki hər kəs humanitar dəhlizlərin təhlükəsizliyi ilə bağlı zəmanət verə bilər. Bunu ruslar edə bilərmi? Lavrov bura ancaq dinləmək üçün gəlmişdi. Mən isə müzakirələr üçün gəlmişdim. Görünür, mövqelərimiz fərqlidir. Lavrov mənim təkliflərimi qəbul etmədi. Bu görüşdə 24 saatlıq atəşkəs məsələsi əsas müzakirə olundu. Ancaq atəşkəslə bağlı razılıq əldə olunmadı. Buna baxmayaraq, bu formatda danışıqların davam etdirilməsi vacibdir. Yenə belə bir formatda görüşməyə razıyıq. Həll yolunu axtarmaq istəyiriksə, bunu məqsədəuyğun hesab edirəm. Ruslar müzakirələrə hazır olsa, mən də buna hazıram. Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır. Bu müharibəni dayandırmalıyıq”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Rusiyanln digər ölkələrə hücum etmək fikri yoxdur:
"Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik. Bütün əməliyyatlar plan üzrə gedir. Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər. Hazırda Ukraynada hərbi əməliyyatlar plan üzrə davam edir. Biz bütün məsələlərin həllinə dair danışıqlara hazırıq. Ukrayna tərəfi onların təkliflərini alıb, bunun üzərində çalışıb bir nəticə deyəcəklər".
Lavrov daha sonra deyib ki, Belarus ərazisi danışıqlar üçün alternativsizdir.
O, görüşdə humanitar məsələlərin müzakirə edildiyini bildirib: “Biz Ukraynanın militariziyasını istəmirik. İstər NATO ilə, istərsə də NATO-suz. Biz Ukraynada neonasist ənənənin formalaşmasını istəmirik. Biz Ukraynanın neytral qalmasını istəyirik”.
Lavrov deyib ki, görüşdə Putin və Zelenskinin mümkün görüşünü də müzakirə ediblər: “Lakin prezidentlər arasında danışıqlar sadəcə danışıqlar xətrinə olmalı deyil. Biz sonadək məsələni diplomatik yolla həll etmək istəyirdik. Lakin bizə deyildi ki, Ukrayna bizimdir, necə istəsək, elə də edəcəyik. Biz dostyana Ukraynanı istəyirik. Biz rus dilinin, rus mədəniyyətinin qadağan olunmadığı Ukraynanı istəyirik. Qərb Ukraynadan onun daim Rusiyaya qarşı, bütün rusluğa qarşı fəaliyyət göstərməsini istəyir. Amerikalılar Türkiyədən, Hindistandan, Misirdən, Cənub-Şərq Asiya ölkələrindən, hətta Çindən belə sanksiyalara riayət etməyi tələb edir. Belə böyük ölkələrə, belə böyük sivilizasiyalara hörmətsizliyi təsəvvür edə bilmirəm. Amerikalılar öz rusofobiyalarını apofeoza çatdırmaq üçün hər şey edərlər.
Pentaqonun bioloji və toksin silahlarının qadağan edilməsinə dair müvafiq konvensiyanı pozaraq bütün dünyada belə hərbi bioloji laboratoriyalar yaratmaq proqramı çərçivəsində Ukrayna ərazisində bir neçə hərbi bioloji laboratoriyalar yaratması barədə aşkar edilmiş məlumat bizi çox narahat edir. Bunun necə izah oluna biləcəyi ilə bağlı rəsmi sorğu göndərdik, cavab tələb edəcəyik. Vaşinqton nümayəndələrinin Ukraynada hansısa qadağan olunmuş fəaliyyətlə məşğul olduqlarına dair “şayiələri” açıq şəkildə təkzib etmələri təəccüblü deyil. Avropa İttifaqının dərhal yekdilliklə onlarda heç bir məlumat olmadığını söyləməyə başlaması təəccüblü deyil. Amerikalıların Ukraynada hansısa hərbi-bioloji fəaliyyətlə məşğul olması təəccüblü deyil və təbii ki, amerikalıların bu fəaliyyəti dərin məxfilik şəraitində həyata keçirməsi təəccüblü deyil”.
Lavrovun sözlərinə görə, Kulebanın görüşdən sonrakı “Atəşkəs razılaşması” alınmadı bəyanatına təəccüblənib: "Burada onsuz da heç kimin atəşkəs barədə razılığa gəlmək fikri yox idi. Əgər görüşlərin məqsədi Rusiyanın təkliflərini rədd edib öz istədikləri kimi etmək və daha sonra jurnalistlərə “Bizim xoşməramlı təkliflərimiz rədd edildi” deməkdirsə, o zaman bu Ukrayna diplomatiyasının məntiqinə uyğun gəlir”.
Lavrov daha sonra sərt açıqlama verib: "Ukraynadakı vəziyyət Rusiyanın dünyanın siyasi xəritəsində qalmaq uğrunda verdiyi həyati vacib də yox, ölümünə döyüşdür”.
***
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başlayıb.
Mia.az xəbər verir ki, danışıqlar Antalya şəhərinin Belek rayonundakı “Regnum Carya” hotelində keçirilir.
Üçtərəfli görüşdən sonra mətbuat konfransı keçiriləcək.
***
“Ukrayna və Türkiyə xarici işlər nazirləri Dmitro Kuleba və Mövlud Çavuşoğlu Rusiyanın hücumlarını dayandırmaq üçün atılacaq addımları müzakirə ediblər”.
Bu barədə Ukrayna XİN məlumat yayıb.
“Ukrayna XİN rəhbəri siyasi və humanitar yardıma görə türkiyəli həmkarına təşəkkür edib. O, həmçinin mövcud vəziyyət barədə Mövlud Çavuşoğlununa məlumat verib”, - nazirlikdən qeyd olunub.
XİN-dən bildirilib ki, ikitərəfli görüş zamanı D.Kuleba Ukraynanın tələblərini M.Çavuşoğlunun diqqətinə çatdırıb. O qeyd edib ki, dərhal atəşkəs elan edilməlidir: "Bundan başqa, Rusiya qoşunları Ukraynadan çıxmalı, Mariupol, Xarkov, Sumı, Volnovaxa və Ukraynanın digər şəhərlərində humanitar vəziyyət yaxşılaşdırılmalıdır".
***
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Dmitri Kuleba Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları dayandırması və müharibəyə son qoyması ilə bağlı danışıqlar aparmaq üçün Antalyaya gəlib.
Bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko "Twitter"də bildirib.
Mia.az xəbər verir ki, onunla yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da artıq Türkiyədədir
***
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 10-da Türkiyədə görüşəcəklər.
Mia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, hər iki nazir Antalya Diplomatiya Forumunda iştiraklarını təsdiqləyiblər: "Burada Rusiysa-Ukrayna və Türkiyəin iştirakı ilə üçlü görüş olacaq".
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN
"Fənərbağça"nın hücumçu klubdan ayrılır?
Türkiyədə bələdiyyə sədri ölümdən son anda xilas oldu - VİDEO
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər" - VİDEO
Müxalifət Makrona qarşı "ayağa qalxdı" - Epşteynlə nə əlaqəsi var?
İlham Əliyev: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
ABŞ-da aksiya: onlarla nümayişçi həbs edilib
Suriyada İsrailin "çətir"i atında olan druzlarla hökumət qüvvələri üz-üzə gəlib - Döyüş davam edir
Dünyanı silkələyən "Epşteyn işi" - Məşhur şəxslərdən əxlaqsız milyarderə cinsi istismar üçün körpə qız və oğlan təklif edib
Dərslər başlayıb
"İcazə verməyəcəyik" - Vəliəhd Məsud Pezeşkiana söz verdi
RƏSMİ TEHRAN ABŞ-a ƏL UZATDI: "Trampla eyni fikirdəyik, o, düz deyir" - "Bizi ABŞ-la müharibəyə cəlb etməyə çalışırlar"
Tramp: "Kuba yenidən azad olacaq"
İraq parlamenti prezidenti yenə seçə bilmədi - Təxirə salındı