RUSİYA-UKRAYNA DANIŞIQLARININ İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATDI - Tərəflər 3-cü görüşə, müvəqqəti atəşkəsə və humanitar dəhlizə razılaşdı (YENİLƏNİR)
03-03-2022 [21:34]
Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başa çatıb.
Mia.az NTV-yə istinadla xəbər verir ki, 2.5 saat sürən müzakirədən sonra tərəflər 3-cü görüşə də razılaşıblar.
Ukrayna tərəfi bildirib ki, istədiklər tələblərə müsbət rəy ala bilməsələr də, mülki əhalinin atəş altından çıxarılması və digər insani yardımlar üçün humanitar dəhlizə razılıq əldə olunub: “Ukrayna və Rusiya nümayəndə heyətləri müvəqqəti atəşkəsə dair razılığa gəliblər. Eyni zamanda, danışıqların üçüncü mərhələsi yaxın günlərdə baş tutacaq”.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak isə bildirib ki, tərəflər əsaəsn humanitar vəziyyəti müzakirə ediblər: “Vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təmin edilməsinə dair razılığa gəlinib”.
Rusiya tərəfi də əhalinin təxliyyəsi üçün müvəqqəti atəşkəs və humanitar dəhlizlə bağlı razılaşmanı təsdiqləyib.
***
Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başlayıb.
Mia.az xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak tviterdə yazıb.
O bildirib ki, gündəmdə olan mövzular dərhal atəşkəs, barışıq, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılmasıdır.
***
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçiriləcək görüşün gündəliyi açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə danışıqların iştirakçısı, Ukrayna Ali Radasının deputatı David Araxamiya feysbukda yazıb.
O bildirib ki, 2 saat sonra görüşə başlayacaqlar: "Minimum proqramımız humanitar dəhlizlərdir. Daha sonra isə vəziyyətə uyğun hərəkət edəcəyik”.
Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün yerli vaxtla saat 15:00-da baş tutacaq.
BelTA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.
Onun sözlərinə görə, görüşün başqa günə ertələnməsi barədə xəbərlər həqiqətə uyğun deyil. V.Medinski danışıqların Brest vilayətində keçiriləcəyini və Ukrayna heyətinin artıq Polşadan Belarusa doğru yola düşdüyünü vurğulayıb.
Mia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Ukraynanın gələcəyi ilə bağlı məsələni orada yaşayan insanlar həll etməlidirlər: “Biz Ukraynada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Moskva dinc əhalinin ölümü ilə nəticələnən heç bir müharibəyə bəraət qazandırmır. İstənilən insan həyatı əhəmiyyətlidir. Lakin təəssüf ki, hərbi əməliyyatlarda qurbanlar olur”.
O, Rusiyanın Ukraynanın demilitarizasiyasını sona çatdıracağını da xüsusi vurğulayıb: “Rusiya danışıqlara hazırdır, amma Ukraynadakı hərbi əməliyyatı davam etdirmək niyyətindədir. Hazırda hərbi əməliyyat aparılır. Əməliyyatın məqsədləri dəqiq müəyyən edilib. Bunlar Ukraynanın demilitarizasiyası, denasifikasiyası və Ukraynanın NATO-ya qoşulmayacağı ilə bağlı zəmanətin verilməsidir.
Biz danışıqlar aparmağa hazırıq. Ukraynalı həmkarlarımıza bizim mövqeyimiz bəllidir. Bizə söz veriblər ki, danışıqların növbəti mərhələsində öz mövqelərini təqdim edəcəklər. Biz danışmağa hazırıq, amma əməliyyatımızı davam etdirəcəyik, çünki Ukrayna ərazisində Rusiyanın təhlükəsizliyinə təhdid törədən infrastrukturun qalmasına imkan verə bilmərik”..
***
“Rusiya Belarusda Ukrayna ilə keçiriləcək danışıqların perspektivini görür”.
TASS xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin Qərbin Kiyevi silahlandırdığını bildirib: “Ukraynada xüsusi əməliyyatlar tam şəkildə davam edir. Bir sıra ölkələrin buna reaksiyası ilə misli görünməmiş iqtisadi, siyasi və informasiya hücumları ilə müşayiət olunur”.
***
"Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlara göndərilib, görüş martın 3-də gözlənilir".
TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna ilə danışıqların ikinci raundu başlamazdan əvvəl jurnalistlərə deyib: "Ukrayna nümayəndə heyəti artıq Kiyevi tərk edib və yoldadır. Biz sabah onları gözləyirik".
Onun sözlərinə görə, Rusiya və Ukraynanın nümayəndə heyətləri Belovejskdə danışıqlar aparmaq barədə birgə qərar qəbul ediblər.
***
Bu gün axşam saatlarında Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsi keçiriləcək.
Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisi təsdiqləyib.
***
“Rusiya nümayəndə heyəti martın 2-də axşama sarı danışıqların yeni raundunun keçiriləcəyi yerə gələcək və Ukrayna nümayəndələri ilə görüşə hazır olacaq”.
Mia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya nümayəndə heyətinə yenə Vladimir Medinski rəhbərlik edəcək: "Ümid edirik ki, onlar gələcəklər".
Peskov sanksiyalara da toxunaraq, qeyd edib ki, Rusiya iqtisadiyyatı ciddi zərbə alıb, ancaq ayaq üstə qala biləcək.
***
"Moskva ilə tamhüquqlu danışıqların mümkün olması üçün Rusiya Ukrayna şəhərlərini atəşə tutmağı dayandırmalıdır".
Mia.az TRT-yə istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Rusiya arasında gələcək danışıqların perspektivləri ilə bağlı birmənalı müsbət nəsə söyləmək çətindir: "Heç olmasa, insanlara atəş açmağı dayandırmaq, sadəcə atəşi dayandırmaq və sonra danışıqlar masasına oturmaq lazımdır"
Zelenski Rusiyanın danışıqların perespektivi barədə suala isə belə cavab verib: "Baxarıq. Rusiya qoşunlarını 6 gün əvvəl tutduqları mövqelərə çəkməyə razılıq versə, bu, Rusiyanın sülhə hazırlığına işarə olacaq. “Əks halda bu, vaxt itkisidir”.
***
Ukrayna ilə Rusiya arasındakı danışıqların ikinci mərhələsi martın 2-də keçirilə bilər.
Bu barədə Ukrayna KİV-ləri xəbər yayıb/Reportb.
Xatırladaq ki, danışıqların dünən keçirilən birinci mərhələsi 6 saatadək davam edib. Danışıqlara münasibət bildirən Ukrayna Prezidenti Volodimir Zelenski hələlik istədikləri nəticəni əldə etmədiklərini bildirib.
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - FOTOLAR
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN