UKRAYNA İLƏ RUSİYA ARASINDA GÖRÜŞ - 5 saatlıq görüşdə nələr razılaşdırıldı? (YENİLƏNİR)
28-02-2022 [21:12]
“Rəsmi Kiyev və Moskva arasında aparılan danışıqların nəticələrinə görə, hələlik Ukraynaya lazım olan heç bir nəticə yoxdur”
Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
“Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub. Hələlik əldə etmək istədiyimiz nəticə yoxdur”, - deyə Zelenski əhaliyə videomüraciətində bildirib.
Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raunduna necə keçəcəyinə qərar verəcək.
***
Ukrayna ilə Rusiya arasındakı danışıqların başa çatan birinci mərhələsində növbəti görüşün keçirilməsinə dair tərəflər arasında razılıq əldə olunub.
UNİAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. Onun sözlərinə görə, tərəflər “müəyyən irəliləyiş əlamətləri olduğu başlıca mövzular təyin ediblər”.
Danışıq iştirakçılarının nəticələri müzakirə etmək üçün öz paytaxtlarına qayıtdığı qeyd olunub/Report.
Danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski TASS-a bildirib ki, razılaşmaya əsasən növbəti görüş yaxın günlərdə Polşa – Belarus sərhədində keçiriləcək: "Ukrayna tərəfilə 5 saatadək davam edən danışıqlar indicə başa çatdı. Bu müddət ərzində gündəliyin bütün maddələrinə toxunduq, ümumi mövqe əldə etməyin mümkün göründüyü bəzi nöqtələri müəyyənləşdirdik. Ən başlıcası da danışıqlar prosesini davam etdirmək üçün razılığa gəldik”.
***
Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.
Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.
***
“Ukraynanın nümayəndə heyəti danışıqlarda Rusiyadan qoşunlarını Krım və Donbasdan da çıxarmasını tələb edir”.
Bunu “Current Time”a açıqlamasında Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.
O, paytaxt Kiyevdə Ukrayna Ordusunun üstünlük əldə etdiyini açıqlayıb:
“Təsdiqlənmiş hesablamalara görə, səhərdən saat 14.00-a qədər İrpen-Jitomir avtomobil yolunda 200-dən çox müxtəlif texnika məhv edilib və ya zədələnib.
İlahi, onları Kiyev yaxınlığında necə darmadağın etməyimizi bir bilsəniz!”, - O.Arestoviç feysbukda yazıb.
Onun sözlərinə görə, indiyədək Rusiyanın azı 2 500 hərbi qulluqçusu məhv edilib: “Onlardan 300 nəfəri yüksəkrütbəli hərbçilərdir, yəni mayor, polkovnik-leytenantdır”.
Qeyd edək ki, hazırda Belarusun Ukrayna ilə sərhəd bölgəsindəki Qomel vilayətində rəsmi Kiyev və Moskva arasında danışıqlar gedir.
***
Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Bu barədə BelTA məlumat yayıb.
Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır.
Qeyd olunub ki, Rusiyanın nümayəndə heyəti hələ ötən gün Belarusa gəlmişdi.
***
“Rusiya Ukrayna ilə danışıqlarda hər iki tərəfin maraqlarına cavab verən razılığa gəlməkdə maraqlıdır. Ümid edirik, buna nail olacağıq”.
Mia.az xəbər verir ki, “Reuters” xəbər verir ki, bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski deyib.
O bildirib ki, razılaşma olarsa, bu, hər iki tərəfin xeyrinə olacaq.
Mia.az xəbər verir ki, Zelenski isə görüşdən müsbət nəticə əldə olunacağına inanmadığını deyib: "Amma yenə baxaq, görək, nə deyirlər".
***
Ukrayna nümayəndə heyəti Rusiya nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Ukrayna-Belarus sərhədi ərazisinə gəlib.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.
Rusiyanın heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.
Danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır.
***
Bu dəqiqələrdə Ukrayna ilə Rusiya rəsmiləri arasında Belarusla sərhəddə - Qomel şəhərində görüş başlayıb.
Mia.az xəbər verir ki, Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri daxildir.
Görüş Ukrayna və Belarus Respublikası arasında Pripyat çayı boyunca yerləşən neytral zonada aparılır.
***
Ukrayna və Rusiya arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq.
Ukrayna mətbuatı xəbər verir ki, danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək/Report.
O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.
Mia.az xəbər verir ki, Belarus Prezident Aparatı Ukrayna XİN rəsmisinin Qomelə gələcəyini təsdiqləyib.
Bu açıqlamanın ardınca Zelenski də bəyanat verib.
O, görüşün Qomeldə olacağını təsdiqləyərək deyib: "Mən Lukaşenko ilə Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməyi razılaşdırdıq".
“Mia.az
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - FOTOLAR
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər