İlham Əliyev: "Ermənistanda restoran sahibləri azərbaycanlı deputatlara xidmət göstərməkdən imtina ediblər"
24-02-2022 [14:02]
"Lap elə bu günlərdə, hətta ola bilər elə bu gün Azərbaycan parlamentinin iki üzvü İrəvanda Avronestin sessiya iclasında olublar. Onların ora getməsi üçün biz Dövlət Təhlükəsizliyi Komitəsi və ya Nazirliyindən, - mən bilmirəm Ermənistanda necə adlandırılır, - bu adamların təhlükəsizliyi barədə zəmanət aldıq. Bəziləri biləndə ki, onlar Ermənistandadır, iğtişaşlar başlandı".
Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə deyib.
Dövlət başçısı bildirib ki, indi buna sosial şəbəkələrdə baxmaq olar, iğtişaşlar səngimir:
"Mənə bu gün məlumat verdilər ki, etirazçılardan on nəfəri saxlanılıb, onlar bizim deputatlarımız üçün sadəcə, təhlükə doğurur. Bundan başqa, bu iclasın iştirakçıları üçün naharın nəzərdə tutulduğu yerdə, - orada isə təbii ki, təkcə bizim vətəndaşlar deyil, həm Avropa Parlamentinin üzvləri, həm Şərq Tərəfdaşlığı ölkələrindən üzvlər var, - restoranın sahibləri azərbaycanlılara xidmət göstərməkdən imtina ediblər. Onlar Ermənistanın baş nazirini bunda ittiham edirlər ki, guya o, azərbaycanlılar Yerevana gedəcək deyən Əliyevin fikri ilə oturub-durur. Bəli, mən bunu demişəm. Onu da demişəm ki, tanklarda yox, tədbirlərə gedəcəyik. Bu, ona görədir ki, onlar özləri razılaşdırılmadan, bütün təhlükəsizlik tədbirləri olmadan getsəydilər, onların üzərində hansı Linç mühakiməsinin qurulacağını və bütün bunların nə ilə qurtaracağını təsəvvür etmək çətin deyil.
Mən əminəm ki, ən azından hamının gözü qarşısında onların başlarını kəsərdilər. Buna görə biz də tədbirlər görürük. Bu mövzu, yeri gəlmişkən, Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Viktoroviç Lavrovun səfərləri zamanı müzakirə edilib. Mən o vaxt izah etməyə çalışdım ki, biz hər hansı ekssess baş verməsinə yol verə bilmərik və onda bizi də ittiham edəcəklər ki, kimsə kiməsə hücum edib, daş atıb, buna görə də biz məsuliyyətli yanaşmalıyıq. Əgər bunların hamısı təşkil edilib və razılaşdırılıbsa, onda buyurun, heç bir məhdudiyyət yoxdur. Üstəlik, Mehribanın dediyi tamamilə doğrudur, müharibənin yaraları sağalmayıb. Əgər bu yaralar bizdə 30 il ərzində sağalmayıbsa, təbii ki, ikinci müharibədə məğlubiyyətdən sonra erməni xalqının da yaraları indi sağalmayıb. Bunu da başa düşmək lazımdır. Biz axı, hansısa vakuumda yaşamırıq, biz insanlar arasında yaşayırıq və buna məsuliyyətlə yanaşmalıyıq. Yeri gəlmişkən, bizim, o cümlədən mənim atdığım addımlar, erməni rəhbərliyindən fərqli olaraq, barışmalı olduğumuzu bəyan etməyimiz belə məsələlərin yaranmamasına, bunun adi hala çevrilməməsinə yönəlib. Yəqin ki, İkinci Dünya müharibəsi qurtarandan sonrakı ilk ildə də almanlar və SSRİ vətəndaşları bir-birinə qonaq getməyiblər. Onda da yəqin ki, müəyyən vaxt lazım olub. Təsəvvür edin, deyək ki, Ukraynanın və ya Belarusun, yaxud Smolenskin işğalı dövründə Moskvaya almanlar gəlsəydilər, onlara nə edərdilər? Yəni, bu analogiya, necə deyərlər, tam adekvatdır. Bu sözləri mövzuya qayıdaraq deyirəm" - Prezident əlavə edib.
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox