ZELENSKİ XALQA TƏKRAR MÜRACİƏT ETDİ: "Ukrayna ordusu layiqli mübarizə aparır, biz güclüyük" - "Putin Ukraynanı məhv etmək istəyir" (Yenilənib)
24-02-2022 [13:36]
Ukraynanın dövlət başçısı Volodimir Zelenski xalqa yenə müraciət edib.
Mia.az TRT-yə istinadla xəbər verir ki, o, Rusiyanın hücumu və təxribatlarını gizlətmək cəhdlərinin fayda verməyəcəyini deyib: "Hər nə qədər bunu gizlətməyə çalışsalar da, mümkün deyil. Rusiya vətəndaşları da Putinin bu hərəkətinə reaksiya verməldir. Buradan ukraynalılara səslənirəm: sizin Rusiyada qohumlarınız, jurnalist dostlarınız var, onlarla danışın, onlara həqiqətləri deyin".
Zelenski əlavə edib ki, bu səhər tarixə düşüb: "Hazırda Rusiya ilə diplomatik əlaqələr kəsilib. Hər birimiz müstəqilliyimiz üçün çalışırq. Dövlətinizi qorumaq üçün hazır olun. Moskva nə düşünürsə düşünsün, ukraynalılar öz torpaqlarında yaşamaq hüququna malikdir. Bu gündən etibarən Ukrayna dünya tarixində yerini tapdı. Rusiya xalqı seçim qarşısındadır. İstəyən müharibəyə etiraz edə bilər”.
***
"Vladimir Putin Ukraynanı məhv etmək istəyir. O, bütün demokrtaik dünya ilə müharibəyə başlayıb”.
Mia.az xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski xalqa müraciətində deyib.
O bildirib ki, Ukrayna ordusu layiqli mübarizə aparır: "Biz təkcə bombalarla deyil, həm də saxta xəbərlərlə hücuma məruz qalırıq. Odur ki, rəsmi mənbələrə inanmaq lazımdır”.
O, yerli əhalini panikaya düşməməyə çağırıb: “Bizim həmrəyliyə ehtiyacımız var. Ukraynalılar güclüdürlər, cəsarətlidirlər. Biz bunu bir neçə dəfə sübut etmişik”.
Onu da qeyd edək ki, Preziden Zelenski Rusiyanın Ukraynaya qarşı başladığı hərbi əməliyyatlarla bağlı təcili müşavirə keçirib.
Məlumata görə, müşavirə iştirakçıları Ukrayna sərhədlərində mövcud təhlükəsizlik vəziyyəti, eləcə də Rusiya Silahlı Qüvvələrinin dəf edilməsi məqsədilə müdafiə qüvvələri tərəfindən həyata keçirilən tədbirlərə dair aktual məlumatlar dinləyiblər. Bildirilib ki, bütün hərbi hissələr öz mövqelərindədir.
Dövlət başçısı Rusiyanın təcavüzünü dayandırmaq üçün beynəlxalq koalisiya yaratmaq məqsədilə dünya liderləri ilə aparılan danışıqlar haqqında məlumat verib.
Xatırladaq ki, bu gün gecə saatlarından etibarən Rusiya Silahlı Qüvvələri Ukraynaya hücuma başlayıb.
Mia.az
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox