ƏRDOĞANDAN PUTİNİN SSRİ-ni BƏRPA ETMƏK PLANINA REAKSİYA: "Türkiyə nə Ukrayna, nə də Rusiyadan imtina edə bilər”
23-02-2022 [16:00]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranı ilə bağlı Afrika turnesindən dönərkən açıqlamalar verib.
Mia.az xəbər verir ki, o, Rusiyanın keçmş SSRİ-ni bərpa etməsi barədə deyilənlərə belə reaksiya verib:
“Mən burada türk dövlətlərinin nəzərdə tutulduğuna dair bir ifadə görmürəm. Sözsüz, türk respublikaları da SSRİ-dəki respublikalar sırasında olub. Bu, tarixi gerçəkdir. SSRİ dağılanda digər respublikalar kimi onlar da müstəqilliklərini elan ediblər. Buradan 15 müstəqil dövlət meydana gəlib. Bu da tarixi reallıqdır və hüquqi cəhətdən də qəbul edilib. Rusiya sovet respublikası olaraq yox, Rusiya Federasiyası olaraq yoluna davam edib. Beləliklə, burada türk respublikalarının və ya digər ölkələrin nəzərdə tutulduğunu düşünmək istəmirik”.
Ukrayna ilə bağıı vəziyyətə toxunan Ərdoğanın sözlərinə görə, Türkiyə nə Ukrayna, nə də Rusiyadan imtina edə bilər: "İkisindən də imtina etmək mümkün deyil. Rusiya ilə həm siyasi, həm hərbi, həm də iqtisadi əlaqələrmiz var. Ukraynadan imtina et desəniz, edə bilmərik, Rusiyadan imtina et desəniz, onu da edə bilmərik. Çünki onunla da indiki vəziyyətdə inkişafda olan əlaqələrimiz var. Biz heç birindən imtina etmədən bu işin həll olunmasını istəyirk. Ona görə də komandamız və heyətimizlə görüşlər keçirəcəyik. Onun üçün də NATO liderlərinin zirvə toplantısına çox böyük əhəmiyyət veririk. Bu tədbirdə bütün liderlərin nə düşündüklərini görəcəyik. Bundan sonra özümüz fəaliyyət göstərəcəyik".
Türkiyə lideri bildirib ki, hazırda Putinlə görüşmək üçün lazımi işlər görülür:
"Putinlə telefon danışıqlarımız davam edir. Əlbəttə, müzakirələr olmalıdır. Tələsik, həyəcanla qərar vermək olmaz. Biz çox həssas davranmalıyıq, çox diqqətli addım atmalıyıq. Çünki bəziləri qəribə danışır. Biz isə dövlət idarə edirik, həssaslığımızı qorumalıyıq. Bütün dostlarımızla müzakirələr edəcəyik, bundan sonra da nələr etmək lazım olduğu barədə qərar verəcəyik. Hər şeydən əvvəl zamanın düzgün müəyyənləşdirilməsi çox mühümdür. Yaxşı nəticələr olacağına ümid edirəm”.
Ərdoğan Ermənistanla aparılan danışıqlardan da bəhs edib: "Ermənistan xüsusi nümayəndələrin təyin edilməsi ilə başlayan prosesi davam etdirməkdə qətiyyətli olarsa, biz sərhədləri qapalı saxlamarıq. Almaniya Prezident Frank-Valter Ştaynmayerlə Seneqalda keçirdiyi görüşdə də bu mövzu gündəmdə olub. Bilirsiniz, mən onsuz da Ermənistanın atacağı müsbət addımlara eyni şəkildə qarşılıq verəcəyimizi söyləmişdim. Bu bölgənin sülh, sabitlik və rifaha ehtiyacı var. Bu anlayışla ölkəmiz ilə Ermənistan arasında da normallaşma prosesi başlatmaq üçün səmimi cəhdlər edirik.
Azərbaycan Prezidenti İlham Əliyev qardaşım da bunu faydalı hesab edir. Ermənistanın bizimlə normallaşma prosesində nümayiş etdiyi iradədən məmnunuq. Bu prosesi davam etmək üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin etdik və yanvarın 14-də Moskvada ilk görüş keçirildi. Fevralın 24-də də Vyanada görüşəcəklər. Ermənistanın sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələsində konkret gözləntiləri olduğunu bilirik.
Bəşəri münasibətlərin güclənməsi üçün aramızdakı birbaşa uçuşların yenidən başlaması qərarını verdik. Ermənistandan da müsbət yanaşmanın davamını gözləyirik. 3+3 platforması təklifini irəli sürməkdə məqsədimiz həm də Türkiyə-Ermənistan arasındakı bu problemləri aradan qaldırmaqdır. Biz bu platformanı yaratmaqdan yanayıq. Təbii ki, bütün bunlar boşluqda olmur. Bu mənada Azərbaycan-Ermənistan münasibətləri ilə Türkiyə-Ermənistan normallaşma prosesi bir-birini dəstəkləyərək inkişaf edə bilər. Çünki regional əməkdaşlıq bu ikitərəfli prosesləri dəstəkləyəcək və bu ikitərəfli proseslərdən faydalanacaq”.
Mia.az
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox