"Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq dayandırıldı

img

11-03-2014 [10:35]



Türkiyə Superliqasında 24-cü turun son qarşılaşmasında qalmaqal yaşanıb.  Nəticədə "Trabzonspor" - "Fənərbaxça" matçı yarımçıq dayandırılıb. 

Buna yerli azarkeşlərin meydançaya yad əşyalar, pekardalar, partladıcı maddələr atması səbəb olub. İlk hissənin ortalarında məhz bu səbəbdən oyun 10 dəqiqə dayansa da, sonradan qaldığı yerdən davam edib.

Lakin ilk hissəyə əlavə edilən 10-cu dəqiqədə azarkeşlər tərəfindən "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirələ yad əşyaların atılması oyunun yenidən durmasına səbəb olub. Matçın baş hakimi Bülənt Yıldırım dərhal köməkçiləri ilə paltardəyişmə otağına yollanıb. Ardından "Fənərbaxça"lı futbolçular da paltardəyişmə otağına gediblər. Daha sonra görüşün təxirə salındığı rəsmən elan olunub.

Qeyd edək ki, ilk hissədə cəmi bir qol olmuşdu. Matçın 23-cü dəqiqəsində Emanuel Emenike "Fənərbaxça"nı hesabda önə keçirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA