Rixard Zorgenin məzarı Rusiyaya köçürüləcək: "Yaponiyadan cavab gözləyirik"
26-01-2022 [17:27]
Rəsmi Moskva İkinci Dünya müharibəsi illərində Yaponiyada fəaliyyət göstərmiş keçmiş sovet kəşfiyyatçısı Rixard Zorgenin yenidən Rusiyada dəfn olunması üçün Tokio ilə müzakirələr aparır.
TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasının "Hökumət saatı" plenar iclasında çıxışı zamanı bildirib.
“Biz yapon qonşularımızdan Rixard Zorgenin yenidən dəfni məsələsi ilə bağlı yekun, müsbət cavab gözləyirik. Onun Saxalin vilayətinin cənubunda, Kuril silsiləsinin cənubunda öz ərazimizdə yenidən dəfn edilməsi təşəbbüsü var”, - rusiyalı nazir deyib/Report.
Qeyd edək ki, Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakının Sabunçu qəsəbəsində neftçi texnik Adolf Zorgenin ailəsində dünyaya gəlib. Atası milliyətcə alman olan Adolf Zorge rus əsilli Nina Kabaleva adlı bir qadınla ailə qurur. Bu ailədə 5 uşaq dünyaya gəlir. Zorge sonuncu övladı olur. Ailə bir neçə il Bakıda qaldıqdan sonra yenidən Berlin şəhərinə köçür.
1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması ilə Zorge həmin ilin oktyabr ayında könüllü cəbhəyə yollanır. O, topçu birliklərində xidmət etməyə başlayır. Müharibədə göstərdiyi şücaətə görə kapral rütbəsi alan Rixard Zorge Almaniya İmperiyasının II dərəcəli Dəmir Xaç medalına layiq görülür.
1924-cü ildə Sovet İttifaqına qayıdan Rixard Zorge 1929-cu ildə Yan Berzin tərəfindən sovet kəşfiyyat xidmətinin işinə cəlb edilir.
Zorge Yaponiyada Ramzay kod adı atlında fəaliyyət göstərirdi. 1941-ci ilin əvvəlində Zorge Moskvaya məxfi teleqram göndərərək keçmiş SSRİ-nin rəhbəri İ.V.Stalinə bildirirdi ki, faşist Almaniyasının başçısı Adolf Hitler iyunun 22-si səhər tezdən SSRİ-yə hücum edəcək.
Rixard Zorge 1941-ci il oktyabrın 18-də Tokioda həbs olunub. O, 1944-cü il noyabrın 7-də Tokioda saxlanıldığı həbsxanada asılaraq edam edilib. Həbsxana protokolunda edamın icrası barədə belə yazılmışdı: “Dar ağacından çıxarılandan sonra məhbus Rixard Zorgenin ürəyi 8 dəqiqə döyünüb”.
Edamdan sonra Zorgenin meyiti Suqamo həbsxanasında məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlıqda dəfn olunub. Bir müddət sonra Almaniyada yaşayan anası Anna Klausenin səyləri ilə meyit həbsxanadan çıxarılır. Onun nəşi Tokionun Füçi rayonunda yerləşən qəbiristanlıqda dəfn olunub. Rixard Zorgenin küllərinin saxlanıldığı məzar bu gün də burada yerləşməkdədir.
SSRİ 1964-cü ilə qədər Zorge adında bir xəfiyyəsinin olduğunu inkar edib. İosif Stalinin alman əsilli xəfiyyəyə olan mənfi münasibəti səbəbindən Zorgenin ölümündən sonrakı 20 ildə belə onun barəsində danışılmayıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq