SSRİ xalq artisti, “İstiqlal” ordenli Lütfiyar İmanov... - Dahi sənətkarın Sabirabaddan başlayan zəngin həyat yolu
22-01-2022 [09:07]
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
***
Görkəmli opera müğənnisi (dramatik tenor), SSRİ xalq artisti, Bakı Musiqi Akademiyasında müəllim-professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş Lütfiyar İmanovun xatirə günüdür.
Hörmətlə xatırlayaq.
Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan vermişdir. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnmişdir.
Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən Lütfiyar İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxumuşdur. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti Lütfiyar İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırmışdır.
Lütfiyar İmanov milli musiqinin daha da zənginləşməsi naminə hədsiz sədaqətlə çalışaraq, dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı yolunda istedad və bacarığını əsirgəməmişdir. Yaradıcılığının başlıca qayəsi xalq mənəviyyatına xidmətdən ibarət olan Lütfiyar İmanov ölkəmizin hüdudlarından xeyli uzaqlarda, dünyanın ayrı-ayrı guşələrində mötəbər konsert salonlarındakı çoxsaylı çıxışları ilə Azərbaycan mədəniyyətini daim layiqincə təmsil etmiş və ona şöhrət gətirmişdir.
Qısa arayış:
Lütfiyar Müslüm oğlu İmanov 1928-ci il aprelin 17-də (başqa mənbələrə görə 1929-cu ildə) Sabirabad rayonunun Petropavlovka kəndində anadan olmuşdur.
İlk dəfə məktəbli olarkən −1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 18 yaşındaykən dram dərnəyinin rəhbəri olmuşdur. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir.
O, 1954-1957-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsində, 1962-1968-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil almışdır. Lütfiyar İmanov 1965-ci ildə SSRİ Böyük Teatrında və 1975-ci ildə İtaliyada “La Skala” teatrında təcrübə keçmişdir.
Lütfiyar İmanov əmək fəaliyyətinə hələ gənc yaşlarında ikən, 1943-cü ildə Sabirabad şəhər Dövlət Dram Teatrının aktyoru kimi başlamışdır. O, 1948-ci ildən Sabirabad şəhər Mədəniyyət evində bədii rəhbər işləmişdir.
1954-1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olmuş, 1956-1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956-1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun "Koroğlu" operasında baş rolda debüt etmişdir.
Lütfiyar İmanov 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərmişdir.
1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində "La Skala" teatrında təcrübə keçmişdir. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış etmişdir.
Konsertlərdə Azərbaycan və dünya xalqlarının mahnılarını və s. ifa edirdi.İran, İtaliya, Almaniya, Hindistan, Kanada, ABŞ, Türkiyə, bir sıra ərəb öləkələrində və s. qastrol səfərlərində olub. 1987-1991-ci illərdə Lütfiyar İmanov Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsində işləmişdir.
Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. Lütfiyar İmanovun adı opera səhnəmizdə aparıcı partiyaların ifaçısı kimi musiqi salnaməmizə həmişəlik həkk olunmuşdur.
Lütfiyar İmanovun zəngin yaradıcılığı yeni sənətkarlar nəsli üçün əsil örnəkdir. O uzun illər ərzində Pedaqoji fəaliyyətlə məşğul olaraq, opera müğənnilərinin yetişdirilməsi işində diqqətəlayiq xidmətlər göstərmiş, ifaçılıq sənəti tarixində toplanmış zəngin təcrübənin gənc musiqiçilər nəslinə çatdırılması üçün böyük əmək sərf etmişdir.
Lütfiyar İmanov sovet dönəmində Azərbaycan Dövlət Konservatoriyasında (professor), 1991-1995-ci illərdə İstanbul və İzmirin opera teatrlarında dərs demişdir. 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış etmişdir. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynamışdır.
Lütfiyar İmanov İctimai xadim kimi də Lütfiyar İmanovun göstərdiyi fəaliyyət təqdirəlayiqdir. O, 1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifqının sədri olmuşdur. 1980 və 1985-ci illərdə Azərbaycan SSR-nın Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan mədəniyyətinin tərəqqisinə layiqli töhfələr vermişdir.
Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı – “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Lütfiyar İmanov 22 yanvar 2008-ci ildə ömrünün 80-ci ilində Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Görkəmli sənətkar, gözəl pedaqoq və təvazökar insan Lütfiyar İmanovun əziz xatirəsi onu tanıyanların, sevənlərin qəlbində həmişə yaşayacaqdır.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq