Meksikada daha bir jurnalist qətlə yetirilib

img

18-01-2022 [19:42]


Meksikanın ABŞ-la sərhəddə yerləşən Tixuana şəhərində jurnalist qətlə yetirilib.

"Reuters"in verdiyi xəbərə görə, 49 yaşlı fotojurnalist Marqarito Martinez evinin yaxınlığında başından odlu silahla vurularaq öldürülüb.

On ildən artıq bir müddətdə Tixuanada bir neçə yerli və beynəlxalq media orqanında çalışmış M. Martinez şəhərdəki cinayətkar dəstələr və zorakılıq hadisələrini işıqlandırıb.

Meksikalı jurnalist qətlindən bir müddət öncə müxtəlif təhdidlər aldığından jurnalistlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan dövlət mühafizə proqramına daxil edilib.

Tixuana narkotik kartelləri arasındakı qarşıdurmalara görə Meksikada ən ağır kriminogen şəhərlərdən biri hesab olunur.

M. Martinez bu il Meksikada öldürülən ikinci jurnalistdir. Ötən həftə jurnalist Xose Qamboa ölkənin cənub-şərq əyaləti olan Verakruzda qətlə yetirilib.

2000-2021-ci illər ərzində Meksikada 145 jurnalistin öldürüldüyü bildirilir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR