19 yaşlı tələbə qızı öldürüb zibilliyə atan oğlana hökm oxundu
13-01-2022 [15:12]
Ötən ilin fevral ayında Gəncə şəhərində itkin düşmüş, bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti Avtozavod adlanan ərazidəki zibillikdən tapılan 19 yaşlı Pərvin Musayevanın qətlə yetirilməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mia.az publika.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində tələbə qızı boğaraq qətlə yetirmiş sevgilisi, 20 yaşlı Sərdar Cəfərov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə açılmış işin araşdırılması zamanı bəzi faktlar üzə çıxıb. Məlum olub ki, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. S. Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar. Onlar ali məktəbə hazırlaşmaq üçün eyni hazırlıq kursuna gediblər və orada tanış olaraq münasibət qurublar. Lakin sonradan Pərvinlə Sərdarın münasibətləri pozulub. Onlar gec-gec görüşməyə başlayıblar. Fevralın 19-da cütlük sonuncu dəfə görüşüb. Sərdarın maşınında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini deyib, oğlan isə yenidən barışmaq üçün israr edib.
Sərdar Cəfərov məhkəmədə hadisə barədə danışmaq istəmədiyini, əməlini etiraf etdiyini, peşman olduğunu deyib. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadə elan edilib. İfadədən məlum olur ki, Sərdar atasına məxsus “Wolksfagen” markalı avtomobillə Gəncədəki “Ramizin çay evi” adlanan obyektin qarşısına gəlib və orada Pərvinlə görüşüb. Pərvin maşının arxa oturacağında əyləşib və sükan arxasında olan Sərdarla mübahisə ediblər. Mübahisə zamanı Sərdar sükan arxasından düşərək arxa oturacağa – Pərvinin yanına keçib və onun boğazından tutub. Qızın başını dizləri üstünə əyən 20 yaşlı oğlan bir qədər sıxdıqdan sonra onun öldüyünü görüb. Maşının arxa şüşələri qara plyonka ilə örtülü olduğundan hadisəni kənardan heç kim görməyib.
Bundan sonra Sərdar meyiti arxa oturacaqda qoyaraq maşını sürüb yaşadığı həyət evinə gətirib. Bu zaman onun atası dövlətlərarası nəqliyyat vasitəsində sürücü işlədiyindən evdə olmayıb, anası isə Poçt şöbəsində növbədə olub. Mənzildə heç kimin olmadığı vaxt Sərdar meyiti otaqlardan birinə qoyaraq mağazaya gedib və skoç alaraq geri qayıdıb. O, Pərvinin meyitini sellofanla büküb, daha sonra isə skoçla tam kipləşdirib. Bundan sonra Sərdar qızın şəxsi əşyalarını, geyimlərini götürərək evdən çıxıb və onları 3 müxtəlif zibilliyə ataraq geri qayıdıb. Fevralın 19-da meyiti evdə gizlədən Sərdar ayın 20-də hadisənin şoku altında evdən çıxmayıb. Evə gələn anası da mənzildə meyitin gizlədilməsindən xəbər tutmayıb. Fevralın 21-də anası qohumugilə qonaq getdiyi vaxt o, meyiti gizlətdiyi yerdən çıxarıb və maşının baqajına qoyaraq Gəncə şəhərindəki 2 saylı məktəbin qarşısına gətirib. Burada ətrafda kimsənin olmadığını yəqinləşdirdikdən sonra Sərdar meyiti zibil qutusuna ataraq maşınla uzaqlaşıb.
Qətlə yetirilmiş qızın ailəsi onun yoxa çıxdığını görərək sevgi münasibətində olduğu Sərdardan şübhələnib. Hətta onlar Sərdargilin evinə gələrək axtarış aparıblar. Lakin orada Pərvini tapa bilməyiblər. Pərvin Musayevanın qardaşı informasiya texnologiyalarından istifadə edərək bacısının hadisə baş verən gün Sərdarla danışdığını, onun Sərdarla münasibətinin davam etdiyini müəyyənləşdirib və bu səbbədən bütün şübhələr Sərdarın üzərində olub. Lakin özünü soyuqqanlı aparan Sərdar 1 ay müddətində istintaqdan yayına bilib. Meyitin də üzə çıxmaması qətlin üstünün açılmasını yubadıb. Bu müddətdə dəfələrlə dindirilən Sərdar hadisənin baş verdiyi gün Pərvini görmədiyini bildirib. Nəhayət hadisədən 1 ay sonra martın 18-də Sərdar toplanmış sübutlar qarşısında əməlini etiraf edib və Pərvinin meyitini zibilliyə atdığını deyib. Bundan sonra zibillərin toplandığı yerdə axtarışa başlanılıb və martın 19-da Pərvinin skoçlanmış meyiti aşkar edilib.
Qeyd edək ki, ibtidai istintaq zamanı Pərvinin ailəsi Sərdarın qətldən sonra anasına bildirdiyini və onun anasının meyitin skoçlanmasında, gizlədilməsində iştirakının olduğunu bildirib. Lakin istintaq zamanı bu iddia sübuta yetirilməyib.
Məhkəmədə zərərçəkmiş tərəf Sərdar Cəfərovdan şikayətçi olduqlarını, onun ağır cəzaya məhkum edilməsini xahiş edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən proses yanvarın 7-də başa çatıb. Sərdar Cəfərov 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və cəzasını ciddi rejimli müəssəsiədə çəkməyə məhkum edilib.
BMT Baş katibi iclasda: "Dünya dağılmağa doğru gedir"
AIIF 2025: Azərbaycana 10 milyard dollardan çox investisiya cəlb olunub - Mikayıl Cabbarov açıqladı
CHP liderindən növbəti dəfə şikayət olunub
Prezident və birinci xanım BMT-nin mənzil qərargahına gəliblər
Taksi sürücüləri imtahan verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Bakubus” avtobusunda qızlar əlbəyaxa olub - VİDEO
FƏLƏSTİNİN TANINMASI İSRAİLİN PLANI POZACAQ? - TƏHLİL
Türkiyədə ən çox və ən az məscidin olıduğu şəhərlər - SİYAHI
Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb
NATO bəyanat yaydı: "Təyyarələrimiz dərhal havalanaraq..."
Qəzzada ölənlərin sayı 65382 nəfərə çatıb - Son statistika
Baş Prokurorluqda yeni təyinatlar olub
Azərbaycan Kuboku: I təsnifat mərhələsinin oyun cədvəli açıqlandı
Abşeronda elektrik açarını hansı qurum "OĞURLAYIB"?: "Azərişıq"la "Azərenerji" üz-üzə gəldi
Pedaqoji Universitetdə yeni oxu zalı yaradılıb - FOTOLAR
Şaiq Mirzəyev vəzifədən azad olunub - Rəsmi açıqlama yayıldı
Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı
"Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTO
"Rəsul Həmzətov" sərhəd gəmisi Bakı limanına gəlib
SOCAR İtaliya şirkətindən pay alıb - Müqavilə imzalanıb
BMT-yə toplantıya gələn İran diplomatlarına qadağa qoyulub - Ərazidən kənara çıxmaq olmaz, alış-veriş olmaz!
Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub
Masallıda antik dövrə aid küp məzar tapılıb - FOTO
Mingəçevir və Yevlaxda bəzi ərazilərdə qaz olmayacaq - Bu tarixdə
“Holcim Azərbaycan" cəzalandırılıb
Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Sabiq sədr həbs əməliyyatını əvvəlcədən necə bilib? - Deputatın atasının açıqlaması gündəmə "damğa vurub"
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan Baş Prokurorluğu ilə Tanzaniyə Baş Prokurorluğu arasında Anlaşma Memorandumu imzalandı
Dövlət Agentliyinə yeni səlahiyyət verildi
"Biz siyasətə qarışmırıq" - Turab Teymurov
"Uşaq Avroviziya 2025": Azərbaycanın təmsilçisi kim olacaq?
Növbə Ankara bələdiyyəsinə çatdı - Həbs əməliyyatları başlayıb
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına məktub göndərib - MƏTN
İran prezidenti: "İlham Əliyevə salamımı çatdırın"
Kopenhagen hava limanında naməlum dronlar... - Təxirə salınan uçuşlar gecə bərpa olunub
Şahin Mustafayev İranda - Əli Laricani ilə nələr müzakirə olunub?
Polis əməliyyatı: iki nəfər 30 kq-dan artıq narkotiklə tutulub
Qubada ayılar kəndə hücum edib - Heyvanları parcalayıblar
"Qalatasaray"ın baş məşqçisi: "Özümüzü buna görə bağışlamayacağıq"