Erməni diversant Bakıda hakim qarşısında: "Bizə Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmaq əmri verilmişdi"
10-01-2022 [17:56]
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri İ.Sarqsyan və mühəndis istehkamçı qismində hərbi xidmət keçən V.Rafaelyan 7 may 2021-ci il tarixdə, saat 3 radələrində Azərbaycanın dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib.
Daha sonra həmin şəxslər Azərbaycanın Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunan bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci (Qanunsuz silah əldə etmə), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 282-ci (Təxribat) maddələri ilə ittiham elan edilib.
Məhkəmədə İ.Sarqsyanla V.Rafaelyan özlərini təqsirli bilmədiklərini deyiblər.
Daha sonra prosesdə şahidlər dindirilib.
Şahid qismində ifadə verən Müdafiə Nazirliyinin hərbi qulluqçusu Şahin Abdulhüseynov söyləyib ki, həmin gün xidmətdə döyüş növbətçisi olub: "May 27-si döyüş mövqeyində fəallıq aşkar olundu. Həmin gün bütün döyüş mövqelərə ayıq-sayıq olma əmri verildi. Bizə verilən məlumata görə, düşmən tərəfindən 6-8 nəfər bizim ara boşluğu istiqamətində döyüş mövqelərimizə tərəf gəlirlər. Dərhal yanımızdakı ehtiyat qüvvə qaldırıldı və həmin ərazi gecəgörmə cihazı vasitəsilə müəyyən olundu ki düşmən tərəfdən irəliləyiş var. Təminat yolu üzərində 4 ədəd tank, 20 ədəd piyada əleyhinə mina və 4-5 metr uzunluğunda olan tikanlı məftil aşkarladıq. Onlardan 2 tank əleyhinə mina basdırılmışdı, digər 2-sini isə basdırmaq üçün yer qazılmışdı, 20 ədəd piyada əleyhinə mina isə bellərində idi. Onların məqsədi o idi ki, postlarımıza gedən yeganə təminat yolumuzu minalamaq və hücuma keçmək. Həmin şəxslərin üzərində silahı, zirehli gödəkçəsi və kaska da var idi".
Müdafiə Nazirliyinin digər hərbi qulluqçusu Hüseyn Həsənov da şahid qismində dindirilib. Onun sözlərinə görə, mayın 27-də gecə döyüş növbətçiliyi tərəfindən verilən məlumata əsasən, düşmən tərəfdən canlanma olub: "Həqiqətən də məlum oldu ki, düşmənin diversiya qrupu biz tərəfə gəlir. Dərhal taborun ehtiyat qüvvələrini əraziyə cəlb etdik və düşmənin diversiya qrupu aşkar edildi. Düşmənin üzərində "Ak-74" markalı avtomat, zirehli gödəkcə və dolu patron götürdük, onları tərkisilah edərək basırdıqları minalı ərazi təmizləndi. Onlar dövlət sərhədindən 150-200 metr bizim əraziyə keçmişdilər".
Təqsirləndirilən İ.Sarqsyan ifadəsində deyib ki, 2021-ci ilin may ayının 24-də Sisyana yola düşmək üçün komandanlıqdan əmr alınıb: "Biz XTQ 022-nin əsgəri olmuşuq. Bir gün sonra isə əmr gəldi ki, ərazidə kəşfiyyat edək, yolları bağlayaq, minalayaq və tikanlı məftillər çəkək. Minaların basdırıldığı ərazilərin şəkillərini çəkmək əmri verilmişdi. Bizə demişdilər ki, Azərbaycanın təminat yolunu bağlamaq lazımdı. Əməliyyatımıza Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmaq daxil idi. Planımı da elə qurmuşdum ki, insan tələfatı olmasın. Sonra gördük ki, Azərbaycan əsgərləri gəldi, xəbərdarlıq atəşi açdılar".
Digər təqsirləndirilən V.Rafaelyan ifadəsində bildirib ki, mayın 26-da komandirlərlə birlikdə Basarkeçə gəliblər: "Mən komandirin əmri ilə xüsusi təyinatlara qoşuldum. Rəhbərim isə İşxan təyin edildi. Göstəriş verildi ki, tikanlı məftilləri özümlə götürdüm. Əraziyə 3 tank əleyhinə mina və 20 piyada əleyhinə minanı daşıdım. İşxanın əmrinə tabe olmalıydım. Gecə Kəlbəcər rayonuna daxil olduq. Biz İsxanın arxasınca gedirdik. Minaları basdırmaq üçün İşxandan əmr aldıq. Minaları yaxşı örtə bilmədik, təpəcik görünürdü. Bu zaman Azərbaycan Ordusunun hərbi qulluqçuları bizə yaxınlaşdı və tərkisilah edildik, təslim olduq".
Məhkəmə prosesi yanvarın 24-də davam etdiriləcək.
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Respublika hərbi prokuroruna müavin təyin edildi - Kamran Əliyevdən yeni əmr imzaladı
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub
Bakı Su Kanal İdarəsinin rəsmisi: "Bizə dedilər ki, daha orada görəcək işiniz yoxdur" - Məhkəmədə inanılmaz iddialar səsləndi
"Bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər..." - Xəbərdarlıq
Fil turisti öldürüb
Bakıya qar yağacaq - Xəbərdarlıq
Türkiyədə servis maşını aşdı: sürücü və 9 şagird xəsarət alıb
DYP sürücülərə müraciət edib
"Cahan Holdinq"in dövlətə 7 milyondan çox borcu varmış...
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək - Şərtlər
Metronun qarşısında 51 yaşı şəxsi ayaqlarından bıçaqlayıblar
"Azvvallet"ə qadağa qoyulub - Mərkəzi Bank qərar verdi