"Formula 1" Bakıda keçiriləcək

img

05-03-2014 [11:26]


"Formula-1" maşınları yarışlarının çempionatının rəhbərliyi Berni Ekklstoun Qran-pri yarışlarının Azərbaycanda keçirilməsi haqqında saziş imzalayıb. ANS PRESS-in məlumatına görə, bu barədə Britaniya mətbuatı yayıb. Bu 2015 və ya 2016-ci illərdə baş tutacaq.

"Biz Azərbaycana gedirik. Orada 2015-ci ildə avtoyarışın keçirilməsi haqqında danışıqlar olacaq. Ola bilər ki, hələ çox tezdir, amma ehtimal var. Ehtimal ki, bu mərhələ 2016-cı iləd olsun".

Qeyd edək ki, bu gün "Formula 1" çempionatı 19 mərhələdən ibarətdir. Lakin yaxın illərdə bu mərhələlərin sayını 22-yə çıxarmaq planlaşdırılır.

Qran pri yarışlarının keçirilməsi üçün Azərbaycanla birgə Tailand, CAR, Yunanıstan, Argentina və Meksikanın da adı çəkilir.

Bu il isə ilk dəfə olaraq "Formula-1" mərhələsi Rusiyada olacaq. Mərhələ oktyabrda Soçidə olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA