Yeni ilə könüllülərdən hədiyyələr ilə - “Azercell Könüllüləri” iki yüzə yaxın uşağı sevindirib (FOTOLAR)
30-12-2021 [14:50]
Fəaliyyətinin 25 illiyini qeyd etmiş “Azercell Telekom”-un yarandığı ilk illərdən əməkdaşları tərəfindən “Azercell Könüllüləri” adlı xeyriyyə təşəbbüslü böyük bir komanda formalaşıb.
Mia.az xəbər verir ki, ötən illərdə olduğu kimi, bu il də “Azercell Könüllüləri” Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün növbəti xeyirxah aksiyanı gerçəkləşdirib. Könüllülər “Yeni ilə könüllülərdən hədiyyələr ilə” adlı kampaniya çərçivəsində İkinci Vətən müharibəsində xalqımıza qələbə sevincini yaşadan şəhid və qazilərimizin ailələrini, həmçinin aztəminatlı ailələri ziyarət edərək onların övladlarını müxtəlif hədiyyələrlə sevindiriblər.
Qeyd edək ki, kampaniya haqqında "Azercell Könüllüləri"-nin sosial şəbəkə hesablarında öncədən məlumat verilib və təxminən bir ay ərzində təşəbbüsə qoşulan tərəfdaş şirkət və fərdi şəxslərin dəstəyilə həssas qrupa aid uşaqlar üçün hədiyyələr hazırlanıb.
“Yeni ilə könüllülərdən hədiyyələr ilə” aksiyası Azərbaycanın bir çox bölgəsini əhatə edib. Könüllülər paytaxtla yanaşı, Sumqayıt, Xocasən, Xırdalan, Saray ərazilərində yaşayan şəhid və qazi ailələrinə baş çəkiblər, Gəncə, Bərdə, Füzuli, Oğuz, Şamaxı, Lənkəran, Şirvan, Sabirabad, Mingəçevir, Qəbələ, Şəki, Goranboy və Naftalanda yaşayan uşaqları da unutmayıblar. Ümumilikdə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə müxtəlif yaş kateqoriyasından olan həssas qrupa aid 200-ə yaxın uşağa bayram sovqatı paylanılıb.
Xatırladaq ki, ötən illərdə də bayram münasibətilə könüllülər tərəfindən oxşar kampaniyalar həyata keçirilib. Uzun müddətdir ki, ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı istiqamətində fəaliyyətini davam etdirən "Azercell Könüllüləri" bu aksiyalara dəstək verən tərəfdaş şirkət və sosial şəbəkə izləyicilərinə öz təşəkkürünü bildirir, növbəti təşəbbüslərdə də hər kəsi həmrəy olmağa çağırır.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub