Anar Kərimov: "Mədəniyyət evlərinin təyinatı üzrə fəaliyyət göstərməməsi halları var"

img

28-12-2021 [13:20]


"Mədəniyyət evlərinin təyinatı üzrə fəaliyyət göstərməməsi halları var"

Bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib.

Onun sözlərinə görə, nəzarət sisteminin zəif olması bu sahədə fəaliyyətin daha da gücləndirilməsini lazım edir: "Mənim tapşırığımla regionlarda mədəniyyət evlərində yoxlamalar aparılır. 43 minə yaxın müəssisə var, onların yoxlanılması zaman alan məsələdir. Biz idarəetmə və hesabatlılığı gücləndirməklə, bu problemlərin öhdəsindən gələcəyik"./Report

Nazir əlavə edib ki, kitabxanaların elektronlaşdırılması ümdə vəzifələrimizdən biridir:

Onun sözlərinə görə, kitabxanalar ənənəvi formada aktuallığını itirir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq