İdmançılarımız 8 medal qazandılar

img

04-03-2014 [11:57]


Bəhreynin paytaxtı Manamada taekvondo üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. "Qafqazinfo” xəbər verir ki, Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa 13 idmançı ilə yollanan Azərbaycan millisi vətənə 5 gümüş və 3 bürünc medalla qayıdıb.

Belə ki, "Bahrain Open”də Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (53 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeyeva (73 kq) və Anastasiya Kan (46 kq) yalnız finalda uduzublar və fəxri kürsünün ikinci pilləsinə qalxıb. Taekvondoçularımızdan Ayxan Tağızadə (63 kq), İnci Zeynep Sönmez (62 kq) və Patimat Abakarova (49 kq) isə turniri bürünc medalla başa vurublar.

Qeyd edək ki, sayca 6-cı olan və 28 ölkədən 400 idmançının qatıldığı turnirdə millimiz komanda hesabında 2-ci yeri tutub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA