"İnstagramı ciddiyə almaq, ciddi media kimi yanaşmaq lazımdır" - Aparıcı maraqlı iddia irəli sürdü

img

27-12-2021 [12:26]


Müğənnilər indi sayt açıb, qazanc mənbəyi kimi istifadə etməyə başlayıblar. Hətta bir müğənni tanıyıram ki, 3 sayt alıb, amma heç kimə demir ki, bu onun saytıdır. Biri haqqında yazır, onu vurur və ödənişlə o yazıları silir. Bu çox tanınmış müğənnidir".

Mia.az bildirir ki, bu sözləri Moderator.az-a aparıcı Nazilə Səfərli deyib:

"O müğənniyə deyəndə ki, bunu yanlış yazmısan belə olmaz deyir ki, o şantajı silmək ödənişlidir. Hansı ki, o insanın ümumilikdə jurnalistikadan xəbəri yoxdur. Bu müğənnilər jurnalistlərin adını batırırlar. Bir qisim də var ki, həqiqətən media nümayəndəsidir. Amma vuranda qərəzli vurmur. Onu reytinq üçün edir. Bu gün 7-dən 77-yə hər kəs İnstagramdadır. Bu da o deməkdir ki, İnstagramı ciddiyə almaq, ciddi media kimi yanaşmaq lazımdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA