Pərviz Şahbazov: "Prezident İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir"
25-12-2021 [11:56]
Energetika Nazirliyində Ulu Öndər Heydər Əliyev siyasi kursunun varisi, nüfuzlu dövlət başçısı, müasir dövrün parlaq lideri və müzəffər Ali Baş komandan Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə “İlham Əliyev və müstəqil Azərbaycanın enerji siyasəti” mövzusunda tədbir keçirilib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin xalqımız, dövlətimiz və ümumən bəşəriyyət qarşısında tarixi xidmətləri haqqında danışaraq, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi aydın inkişaf istiqaməti ilə müstəqil dövlətimizi tarixinin ən qüdrətli intibah dövrünə yetirmiş qətiyyətli Lider, iki əsrin problemini həll etməyə nail olan güclü şəxsiyyət kimi ali keyfiyyətlərinə diqqət çəkib.
Qeyd edilib ki, məhz Prezident İlham Əliyevin xarici siyasəti və qlobal təşəbbüsləri beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzunu artıraraq, ona regionda yeni geosiyasi güc mərkəzi statusu qazandırıb. Onun rəhbərliyi ilə Azərbaycan bütün dünyada tolerantlığın, multikulturalizmin, fərqli mədəniyyətlər arasında hörmət ruhunun örnəyini yaradır.
Çıxış zamanı Azərbaycan iqtisadiyyatının sürətli inkişafına da diqqət çəkilib: “Son 18 il ərzində ümumi daxili məhsul üç dəfədən çox artıb. Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib, 2 milyondan çox yeni iş yeri açılıb. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb”.
Qalib ordu formalaşdıran Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə planlı və ardıcıl şəkildə görülmüş işlərin Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdiyi qeyd edilib.
Ölkə başçısının Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən siyasəti haqqında məlumat verilib, bu siyasət sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin, enerji ölkəsi kimi dünya enerji sisteminə qayıdışının və inkişafının təminatçısı “Neft Strategiyası”nın hədəflərinə nail olunduğu vurğulanıb: “Enerji təhlükəsizliyinə yanaşmada Azərbaycan modeli daha rasionaldır. Bu, enerji resurslarının, enerji təchizatının və tədarük bazarlarının şaxələndirilməsidir. Enerji təhlükəsizliyi ilə ekoloji təhlükəsizlik arasında balanslaşmanı seçməkdir. Məhz Azərbaycan Prezidentinin proqnozlaşdırılmış və dünyadakı çağırışları çevik nəzərə alan enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır”.
Dövlət başçısının “yaşıl enerji” kursunun Azərbaycanın enerji ölkəsi kimi inkişafında müasir qlobal trendlərə uyğun yeni səhifə açdığını deyən nazir bildirib ki, Prezident cənab İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir.
O da vurğulanıb ki, torpaqlarımızı düşmən tapdağından azad etməklə Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin ən ülvi, müqəddəs vəsiyyətini, arzusunu yerinə yetirib, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı kimi Zəfər zirvəsinə yüksəlib.
Tədbirdə Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib, dövlət başçısının ictimai-siyasi fəaliyyəti, dövlət idarəçiliyi və dövlət qulluğu siyasətinin möhkəmləndirilməsində atdığı mütərəqqi addımlar, neft-qaz, elektroenergetika və bərpa olunan enerji sahələrinin inkişafında həyata keçirdiyi islahatlara dair çıxışlar dinlənilib.
Tədbirdə Energetika Nazirliyinin, nazirliyin tabeliyində olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub