Nazir məktəblərdə pul yığılması ilə bağlı qalmaqal yaradan sözlərinə toxundu: "Könüllülük çox vacib məsələdir..."
23-12-2021 [23:58]
Təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılması ilə bağlı dediklərinə aydınlıq gətirib.
Nazir hazırda məsələ ilə bağlı ictimai müzakirələrin getdiyini və bunu izlədiklərini bildirib.
O qeyd edib ki, müxtəlif fikirlər səslənir. Nazir bunlara fikir bildirənlərə təşəkkür edib: “Çünki bəzən səsləndirilməyən də təəssüf ki, səsləndirilir. Bu da gözləniləndir. Burada hər hansı bir ümidsizliyə qapılmağa ehtiyac görmürəm. Lakin ümumilikdə bir neçə prinsip vacibdir. Məktəb direktorları, Təhsil Nazirliyinin əməkdaşları, yaxud təhsili idarə edən hər hansı şəxslərin məktəbdə dırnaqarası pul yığması, yaxud maddi resursları valideynlərdən toplaması birmənalı olaraq qeyri-qanunidir. Hesab edirəm ki, biz "məktəblərə resurs cəlb oluna bilər" fikrini səsləndirəndə və "bu könüllü əsasda olmalıdır" dedikdə bu, məktəb direktoru, yaxud hansısa məmur tərəfindən mütləq olmalıdır fikri kimi başa düşülməməlidir. Könüllülük çox vacib məsələdir. Bu da o demək deyil ki, kimsə buna məcbur edilə bilər, sadəcə istəyə bağlıdır.
Kimsə öz oxuduğu, məzun olduğu, yaşadığı yerin həyətində olan, yaxud övladının təhsil aldığı məktəbə hər hansı şəkildə, eləcə də qanunda zidd nəzərdə tutulmayan mövzu ilə bağlı könüllü olaraq hansısa maddi resursu vermək istəyirsə, bunun mexanizmi olmalıdır”, - deyən nazir əlavə edib ki, bəzən yanlış olaraq Valideyn Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin qurumu kimi başa düşülür: “Amma bu belə deyil. Bu, valideynlərin özünü idarəetmə qurumudur. Yəni təşkilat ola da bilər, olmaya da bilər. Valideynlər qərar verməlidirlər ki, onlar məktəbin idarəetməsində iştirak etmək üçün bu və ya digər ictimai qurumlarda təmsil olunub bu işi görmək istəyirlər ya yox. Təbii ki, təmsil olunub bu işi görə bilirlərsə, bu, şagird, təhsil və məktəb üçün də yaxşı xəbərdir. VMA və bu kimi ictimai təşkilatlar cəmiyyət üçün yeni və öyrəşmədikləri modellərdir. Qanunvericiliyə görə də belə qurumların fəaliyyəti hələlik qadağan olunmayıb. Söhbət könüllü yığılan vəsaitin şəffaflıq, hesabatlılıq prinsipi əsasında şagirdlərin inkişafı naminə toplanıb xərclənməsində bir problem olmasından gedir”.
Onun sözlərinə görə, müzakirələrdə daha çox bu sual cavablandırılmalıdır: “Bu, risklidirmi, hansı risklər var və nəyi pisdir? Əgər valideyn bütün vergilərini ödəyəndən sonra könüllü olaraq əlindəki əlavə vəsaiti hər hansı səbəblə məktəbə vermək istəyirsə, arqument olmalıdır ki, bu çox pisdir və bunu etmək olmaz. Yaxud da bu cinayət deyilsə və mümkündürsə bunun mexanizmini müzakirə etməliyik. Məncə bu növbəti addımdır.
Hələlik ictimai müzakirələrdə səsləndirilən fikirləri toplayırıq, ictimaiyyətin rəyini öyrənirik. Hesab edirəm ki, gələn ilin ilk aylarında Təhsil Nazirliyi bununla bağlı daha konkret mexanizmləri ictimaiyyətin diqqətinə təqdim edəcək. Müzakirələrin davamlı olmasını istəyirik. Mövzu ətrafında hansısa kənara çıxmalar olmadan bu müzakirədə iştirak edən hər kəsə təşəkkür edirəm. növbəti mərhələdə artıq ictimaiyyətə ayrı-ayrı mexanizm və modelləri təqdim edə biləcəyik. Orada da eyni sual olacaq ki, bu pisdirmi, yaxşıdırmı? Addım-addım yeni modellərdən qorxmamalıyıq. Məktəb rəhbərliyi ilə bağlı mənfi fikri olanlar da var. Yəqin ki, bunun da səbəbləri var. Lakin bu, hər zaman belə qalası deyil. Biz bunu yaxşıya və işləyən mexanizmlərə doğru dəyişməliyik. Təbii ki, bunu məcbur etməliyik deyə bir şey də yoxdur. İlk növbədə valideyn və ictimaiyyət məsələnin mahiyyətini anlamalı, istəməli və tətbiq etməlidir. İstəməsələr, olmayacaq. Olmasa da sadəcə məktəbə əlavə resurs gəlməyəcək”/Report.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub