Emin Əmrullayev təhsildəki problemlərdən danışdı: "Repetitorluğu qadağan etmək olarmı?"
23-12-2021 [22:48]
“Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlər var. Biz hər zaman problemlər haqqında ya emosional, ya da strukturlaşmış təhlil yönümündən danışa bilərik”.
Bunları təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, istənilən təhsilin keyfiyyətinin yaxşı göstəricisi həmin təhsil sisteminin beynəlxalq qiymətləndirmələrdə, tədqiqatlarda görünən şagird nailiyyətləridir: “Burada iki yaxşı xəbər var: yaxşı ondan ibarətdir ki, həmin cədvəllərdə yuxarı sıralarda olmasaq da, bütün tədqiqatlarda iştirak edirik. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin qoşulduğu bütün beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Qoşulduğumuz bütün beynəlxalq qiymətləndirmələrdə şagird nailiyyətləri yaxşıya doğru dəyişir”.
O, qeyd edib ki, ölçülə bilən istənilən şagird nailiyyəti ilə bağlı nəticələrə baxdıqda 5, 10, 15 illik perspektivdə Azərbaycan şagirdlərinin nailiyyətlərində müsbət dinamika var: “Bunun yeganə əksik arqumenti ola bilər ki, kimsə bu rəqəmlərə baxıb göstərir ki, bu belə deyil. Lakin bir misal çəkim - Azərbaycan ölkə olaraq 2011-2019-cu illərdə TEAMS üzrə 4-cü sinif şagirdlərinin riyaziyyat üzrə göstərdikləri nəticələrə görə həm həmin ilin tədqiqatında ən yüksək nəticə, həm də ümumiyyətlə TEAMS qiymətləndirilməsi keçirilən müddət ərzində göstərilən ən yüksək dinamika idi.
Eyni zamanda görürük ki, arzu etdiyimiz səviyyədən nə qədər uzaqda olduğumuzu göstərir. Ən vacibi isə niyə uzaqdayıq sualıdır. Niyə uzaqda olmağımızın da cavabını bilirik. Ən azından tədqiqatlarda yazılıb. Birincisi, bizim məktəbəqədər təhsillə bağlı əhatəliliyimiz çox aşağıdır. İkincisi ibtidai təhsillə bağlı ciddi ənənəvi xroniki problemlərimiz var. Üçüncüsü məktəbdaxili mühitdə məzmun problemimiz var”.
Onun sözlərinə görə, dünyada aparılan qiymətləndirilmələrdə istifadə olunan suallarla vacib hesab edilən və uşağa əlaçı dediyimiz suallar arasında çox ciddi fərq var: “Ona görə də bizim şagirdlərimiz həmin qiymətləndirmədə iştirak edəndə aşağı nəticə göstərirlər. Çünki onlar belə sualları heç vaxt görməyiblər. Mahiyyət etibarilə həmin boşluqları bilib görürük deyə, sadəcə zaman lazımdır ki, nailiyyətlər bir günə olmayacaq. Bu gün məktəbəqədər hazırlığa gedən uşaqlar müəyyən müddətdən sonra beynəlxalq qiymətləndirmədə lazım olan nəticəni göstərə biləcək. Tez nəticə görmək mümkün deyil. Əsaslı şəkildə görürük ki, təhsilin keyfiyyəti ilə bağlı daha çox işlər görməliyik. Eyni zamanda son illərdə Azərbaycanda təhsilin keyfiyyəti aşağı düşüb deyə arqumenti dəstəkləyən heç bir sübut yoxdur. Əksinə ölkədə son illər təhsilin keyfiyyətinin müsbətə doğru dəyişməsi ilə bağlı beynəlxalq qiymətləndirmələrin nəticələri var”/Report.
Nazir daha sonra repititorluqdan söz açıb.
Bildirib ki, repetitor ali təhsil müəssisələrinə qəbul üçün lazımdır: "Heç kim öz övladını repetitor yanına ona görə göndərmir ki, riyaziyyatı daha yaxşı bilsin. Yəni məqsəd sonda universitetə qəbul olmaqdır”.
Nazir deyib ki, Azərbaycanda universitetlərə qəbul faizi nisbətən aşağıdır: “Eyni zamanda hamı ali təhsilli ola bilmir. Ali təhsilə qəbul ənənəvi olaraq müəyyən mənada hamı üçün olan təhsil deyil. Biz ali təhsili hamımız üçün qəbul etmirik. Ali təhsili yalnız minimal bal toplamış insanlar üçün məqbul hesab edirik. Yəni bu cəmiyyətin gəldiyi qərardır. Hamı ali təhsilli olmalıdırmı - bu ayrı mövzudur. Mən belə hesab etmirəm. Repetitorluq təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində var. Amma o ölkədə bu daha çoxdur ki, təhsil modeli olaraq rəqabətlilik seçib. Kim daha çox bal yığdı, kim daha irəli getdi.
Dəfələrlə bu misalı verirəm ki, bu gün Azərbaycan təhsilinin keyfiyyəti şərti olaraq 200 ballıqdır. Sabah islahatlar etdik və 200 bal qalxaraq 300 bal oldu. Yəni 33 % təhsilin keyfiyyəti yaxşılaşdı. Belə olan təqdirdə şagirdlər onda da repetitor yanına getməyəcəklərmi? Yəqin ki, yenə də gedəcəklər. Çünki indiki qəbul modelimiz bu məntiqə əsaslanır ki, bir yer üçün 2 nəfər mübarizə aparır. Ona görə də şagirdlər qəbul imtahanına daha yaxşı hazırlaşmaq üçün əlavə olaraq nəsə bilik almaq marağı olacaq. Loru dildə izah etsək, dövlət həmişə hamı üçün sabit məşq yeri yaradır. İnsanlar belə başa düşür ki, məktəbdən kənarda məşğul olsalar digərlərinə nisbətən daha yüksək bal toplaya biləcəklər”.
Emin Əmrullayevin sözlərinə görə, repetitorluq vacib ictimai müzakirə mövzusudur: “Bunu qadağan etmək olarmı? Məktəblərdə təhsilin keyfiyyətini artırmaq və repetitorluğun qarşısını almaq üçün bir neçə addımlar atılıb. Misal olaraq, təmayül sinif və məktəblərin yaradılması buna nümunədir. Ümumilikdə isə bu məsələnin dərin, köklü problemləri var. Repetitorluq əslində təzahürdür, nəinki problem. Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək, amma bunun üçün birmənalı olaraq biz təhsildə rəqabət və əməkdaşıq prinsiplərini bir daha müzakirə etməliyik”.
Mia.az
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub