"Mən biznesmen deyiləm" deyən deputat: "Bəzi gənc deputatlar əvvəllər alovlu çıxışlar edirdilər, sonradan anladılar ki..." - "Yalandan yarmarkalar təşkil edir, belə olmaz...”
22-12-2021 [13:49]
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Cavanşir Paşazadə Sfera.az-a müsahibə verib.
Mia.az müsahibəni qısa ixtisarla təqdim edir:
- Maraqlıdır, bəs İranın Qarabağla bağlı mövqeyni, bölgədəki proseslərə münasibətini necə qiymətləndirirsiniz? Sizcə, İran Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi tərəf ola bilərmi?
- İranın bundan əvvəlki mövqeyi ilə indiki arasında çox böyük fərqlər var. Düzdür, müəyyən dövr ərzində anlaşılmazlıqlar oldu, İran tərəfinin gözü bizi götürmədi, lakin bütün bunlar da tərəfimizdən cavabsız qalmadı. Lakin sonradan İran rəhbərliyinin münasibətindən aydın oldu ki, Cənubi Qafqazda sülhün bərpası artıq Azərbaycandan asılıdır. İran və onun kimi dövlətlər anlamırdı ki, Azərbaycan prezidenti siyasəti ilə elə bir mənzərə yaradacaq ki, dünya Azərbaycan siyasətindən danışacaq. İndi İran başa düşüb ki, Cənubi Qafqazda sülhün təminatı onun da iqtisadiyyatının güclənməsi ilə nəticələnəcək.
- İranla bağlı danışmışkən, bir məsələyə də aydınlıq gətirmənizi istərdim. Bir neçə ay öncə İranla münasibətlərin kəskin dövründə etnik və dini separitizmin alovlandırılmasına cəhdlər müşahidə edildi. Əksəriyyət təxribatçıların birbaşa İranla əlaqəli olduğunu, oradan maliyyələşdirildiyini bildirirdi. Sizcə, ölkədəki hansısa qruplaşma doğrudanmı İran tərəfindən maliyyələşdirilir?
- Artıq 90-cı illər deyil. Məlum olduğu kimi o vaxt səriştəsiz dövlət rəhbərlərinin dövründə xarici ölkələrdən bizə axın edən, din adı altında separatçılıqla məşğul olan əlaltılar çeviriliş və təxribatlara əl atdılar. Hələ qardaş Türkiyədən gələnlər arasında buna təşəbbüs göstərənlər var idi. Lakin sonradan ümummilli lider elə bir sistem qurdu ki, bu problem öz aktuallığını itirdi. Bir neçə ay öncə dini separatçılıq vasitəsilə təxribat məqsədi güdənlər barədə yayımlanan materiallar isə bəzən çox şişirdildi. Dövlətin verdiyi statistika ilə təqdim olunan materiallar bir-biri ilə əks idi.
- Dindən söz düşmüşkən, bir ara təkliflər səsləndirilirdi ki, uşaqlar hicab geyinməyə məcbur edilir və məktəblərdə hicab qadağası tətbiq olunmalıdır. Sizcə, təhsil müəssisələrinə belə bir qadağa gətirmək nə dərəcədə uyğundur?
- Bəlli məsələdir ki, din dövlətdən ayrıdır. Təbii ki, bəzi ailələr uşaqlarına hələ yetkinlik yaşına çatmamış onlara hicab geyindirirlər. Məlumdur ki, bu uşağın iradəsi deyil, valideynin istəyidir. Uşaq 16-17 yaşına çatsın, sonra özü müstəqil qərar versin ki, başını bağlamaq istəyir, ya yox. Lakin məktəblərdə hicabla bağlı qadağanın tətbiqinə gəldikdə, bu məsələ bir neçə il qabaq problemlər yaratdı, cəmiyyətdə narazılıqların yaranmasına gətirib çıxardı. Bəzi məktəblər var ki, belə qadağa tətbiq edir, bəziləri var ki, problem yaratmır. İstərdim ki, insanlar ilk növbədə başlarını nə üçün bağladıqlarını anlasınlar. Başını bağlayıb, əməlində başqa cür hərəkət edirsənsə, hicabın mənası qalmır. İstərdim ki, orta məktəblərdə dini dərslər keçirilsin və dinlərin mahiyyəti uşaqlara çatdırılsın.
- Cavanşir bəy, dinlə aranız necədir? Namaz qılıb, Həcc ziyarətinə gedirsinizmi?
- Həcc ziyarətinə 90-cı illərdə getmişəm. Hamı kimi mən də müsəlmanam, başqa da heç nə...
- Qardaşınız Allahşükür Paşazadə son zamanlar çox az görünür. Tez-tez görüşürsünüzmü, hər şey yaxşıdır?
- Şeyx çox yaxşıdır, hər şey də qaydasındadır. Onun mətbuat xidməti var, istəyən də əlaqə saxlaya bilər.
- Sizinlə bağlı qalmaqallı xəbərlər yayımlananda başlıqda "Şeyxin qardaşı” kimi təqdimat verilir. Bu qardaşınızı qıcıqlandırmır ki?
- Yox, nə üçün qıcıqlandırsın ki?! Qardaşıyam axı... 10-15 il əvvəl "Cavanşir Paşazadnin qardaşı Şeyxülislam...” formasında başlıqlar da yayımlanmışdı. Onda şeyx dedi ki, mənim haqqqımda yazırlar yazsınlar, nə üçün başlıqda sənin adınla təqdimat verirlər? Yəni belə hallar da olub. Mən Şeyxin qardaşı olmaqla fəxr edirəm, 100 yaşım da olsa o mənim qardaşımdır.
- Bir müddət əvvəl ailə biznesinizlə bağlı məlumatlar yayılmışdı və oğlunuzun böyük biznesinin olduğu bildirilirdi. Elə bu məsələdə sizin də adınız keçirdi...
- Mən biznesmen deyiləm, siyasətçiyəm və 17 ildir ki, biznesdən uzağam. İki oğlum, bir qızm var və biznesinin olduğu deyilən oğlumun yaşı 40-dan çoxdur. Onların hamısının şəxsi biznesi var və istəsələr gələcəkdə daha böyük bizneslə də məşğul ola bilərlər. Hamı necə, onlar da elə. Burada qəbahətli nə isə görmürəm.
- Bir ara feysbukda paylaşdığınız və yanlışlara yol veridiniz paylaşımlar geniş müzakirə olunurdu. Belə məlumat yayıldı ki, sözügedən paylaşımı sürücünüz edib və işdən çıxarmısınız. Sosial şəbəkə hesabınızı özünüz idarə etmirsiniz?
- Sosial şəbəkə hesabımızı bəzən özüm idarə edirəm, bəzən də yox. Sürücümü isə işdən çıxarmamışam, bu yalan məlumatdır. Bu məsələni mənimlə də zəng edib dəqiqləşdirə bilərdilər, mediaya açıq adamam. Mənim sözlərimi konteksdən çıxaranlar reketliklə məşğuldurlar. Belə şəxslər doğru məlumat yazandan sonra da onlara inam qalmır. Mən sonradan başqa bir paylaşım da etmişdim, yenə orada yanlışlar tapdılar. Lakin onu da deyim ki, o paylaşım ediləndə mən 18 yaşlı şəhidin məzarının başı üstündə idim, həssas məqam idi. Onlar şəhidə fikir vermirlər, mənim vergülümdə yanlış tapırlar...
- Bəzi həmkarlarınızla əlaqə yaratmaq sözün əsl mənasında müşkül məsələyə çevrilib. Deputatların jurnalistlərdən qaçması nə ilə əlaqəlidir?
- Təbii ki, belə etmək doğru deyil. O deputatlar nə qədər düşünsələr ki, mediadan uzaq olsalar, hər şey gizli qalacaq, yanılırlar. Xalqın gözü tərəzidir və media mənsubları da xalqın nümayəndəsidir. Mənfi və müsbət fikirlər ola bilər, bu o demək deyil ki, deputatlar jurnalistlərdən qaçmalıdır. Xalqın içərisindən seçilən deputat jurnalistə də, digər şəxslərə də açıq olmalıdır.
- Bəzən plenar iclaslarda deputatların sözü bir-birinin boğazından keçmir, anlaşılmazlıq yaşanır. Bütün bunlar sonrakı münasibətlərə də təsir edirmi?
- Yox, belə hallar sonrakı münasibətlərə təsir etmir. Milli Məclis müzakirə yeridir və fikirlər bir-biri ilə ziddiyyət təşkil edə bilər. Mən hələ elə halla rastlaşmamışam ki, orada olan söhbətlər sonradan münaqişəli şəkildə davam etsin. Məclisdə olan söhbət elə orada da qalır.
- Cavanşir Paşazdənin küsülü olduğu həmkarı varmı?
- Mənim parlamentdə heç kimlə münasibətim pis ola bilməz. Milli Məclisdə müxalifət təmsilçisi də var, Yeni Azərbaycan Pariyasının (YAP) üzvü də. Təbii olaraq deputatların bəzilərinin fikirləri ilə razılaşmaya bilərəm, lakin bu şəxsi münasibətlərə təsir etmir.
- Gənc həmkarlarınızdan necə, razısınızmı?
- Yeni seçilən gənc deputatlar pandemiya ilə əlaqədar özlərini cəmiyyətə çox da tanıda bilmədilər. Milli Məclis məktəbdir, onlar nə qədər savadlı olsalar da, parlamentdə öyrənəcəkləri şeylər olur. Əvvələr onlardan bəziləri yeni seçiləndə alovlu çıxışlar edirdi, sonradan başa düşdülər ki, təmkinli olmaq lazımdır. Həmin gənc deputatlar da artıq mühitə uyğunlaşıb. Köhnə deputatlar jurnalistlərə necə öyrəşibsə, onlar da Milli Məclisə elə öyrəşəcəklər.
- Növbəti dəfə deputat olmaq üçün namizədliyinizi verəcəksinizmi?
- Bildiyiniz kimi mən YAP təmsilçisiyəm. Partiya sədri mənə yenidən etimad göstərib namizədliyimi irəli sürsə, təbii ki, deputat olmaq üçün seçkilərə qoşulacam. Bu məndən asılı məsələ deyil.
- Bir ara YAP üzvləri ilə bağlı xoşgəlməz görüntülər yayıldı, xəbərlər yayımlandı. Bu hadisələrə münasibətinizi öyrənmək istərdik...
- Düşünmürəm ki, belə xəbərlərin ard-arda yayılması məqsədli şəkildə baş verdi. İnsanın hansı partiyada təmsil olunmasından asılı olmayaraq, onun daxili tərbiyəsi daha önəmlidir. Dünyanın hər yerində belə hadisələr yaşanır. Bəziləri partiyanın, dövlətin onun üçün yaratdığı şəraitdən sui-istifadə edir, məsuliyyətini hiss etmir. Bu isə ona həm YAP üzvü kimi, həm aillə başçısı, həm də insan olaraq xələl gətirir.
- Milli Məclisdə boş qalmış dairələrə seçkilərin keçirilməməsi nədən qaynaqlanır? Eks həmkarlarınızdan, yaxud yeni namizədlərdən kimləri deputat olaraq görmək istərdiniz?
- Bir tərəfdən pandemiya, bir tərəfdən də 44 günlük müharibə və ondan sonrakı dövr müəyyən çətinliklər yaratdı. Bu çətinliklər boş qalmış dairələrə seçkilərin keçirilməsi məsələsini bir qədər arxa plana atdı. Hesab edirəm ki, gələcəkdə bu məsələyə yenidən baxılacaq. Namizədlər arasında YAP üzvü olaraq Çingiz Qənizadənin seçilməsini istərdim. Lakin ümumilikdə layiqli partiya təmsilçilərinin parlamentdə yer alması müsbət hal olardı. Bəzən elə insanlar olur ki, 30 il siyasətdə çiyin-çiyinə olurlar, siyasətdən gedən kimi əlaqə kəsilir. Mən elə deyiləm, eks deputatlarla bu gün də əlaqəm var.
- Parlamentdə büdcə müzakirələri zamanı ərzaq məhsullarının qiymətinin artması ilə bağlı həmkarlarınız tərəfindən iradlar bildirildi, bu istiqamətdə işlərin görülməsinin zəruriliyi qeyd olundu. Cavanşir bəy, süni qiymət artımının qarşısını necə alaq?
- Azərbaycanda bəzi yerli məhsulların qiymətinin artmasının səbəbi daxili bazarın nizamlanmamasından irəli gəlir. Bu istiqamətdə işlər düzgün aparılmır. Prezident bu istiqamətdə göstərişlər verib, lakin adiyyatı qurumlar tapşırıqlara əməl etmirlər. Bazarlar özəlləşib, orada daha kəndlilər yox, alverçilər oturur. Əgər kəndli bazara gəlib, məhsulunu sata bilsə, qiymətlər baha olmaz. İcra strukturları da yalandan bazarlar təşkil edərək, adını qoyur həftəbazar, yarmarka və s. Bunlar gözdən pərdə asmaq üçündür. Bazara gedəndə görürəm ki, bazarın bir başında eyni məhsul 2 manatdır, bir başında 5 manat. Demək ki, burada alverçilər oturub, kəndli yox. Hər şeydən əvvəl bu yöndə nəzarət mexanizmi tətbiq olunmalıdır. Bundan başqa bazarda vergidən yayınmalar var və bu büdcəyə ciddi mənada təsir edir. Eyni zamanda marketdə təqdim olunan qiymətləri vətəndaşlar dəyişə bilmir, yəni orada alver etmək olmur. İnsanları məcbur edib, marketə yollamaq olmaz. Onların vəsaiti marketə uyğunlaşacaq qədər deyil.
- Qarşıdan Yeni il, dünya azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bayramı necə qeyd edəcəksiniz?
- Hamı kimi mən də bayramı ailəmlə birgə qeyd edəcəm. Lakin heç sözsüz ki, bu günlərdə şəhid ailələrini ziyarət edib, onlara təsəlli olmaq da ilkin vəzifələrdən olacaq.
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Ağdarədə dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
Türkiyədə daha bir zəlzələ oldu - 4.3 bal gücündə
ƏLİYEV, BERDİMƏHƏMMƏDOV və MİRZİYOYEV BİR ARAYA GƏLDİ: yeni sənədlər imzalandı - Türkmənistanda + FOTOLAR (Yenilənib)
Qəzzada ölənlərin sayı 62263 nəfərə yüksəldi
Əli Əsədov Vanq Lijun ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Kolleclərə qeydiyyat tarixi uzadılıb
“Risalət Travel”in yaradıcı Rasim Şahbazov qandallandı
Əliyev "Bölgədə yeni, əməkdaşlıq formatı yaradılır" dedi, Özbəkistan lideri yeni təkliflər verdi: Xəzər və Zəngəzurda...
Türkiyədə reper güllələndi - Konsertdə+ VİDEO
QARABAĞA SƏFƏR: daha bir icazə imkanı yaradıldı
Polis əməliyyatı: saxlanılanlar var
Deputat: "Kimlərsə mənim adımdan provokativ məlumatlar yayır" - Məlahət İbrahimqızı "pensiya xəbəri"ni təkzib etdi
QARABAĞA KÖÇ: daha bir kəndə 252 nəfər köçürüldü
BMT Qəzzada tam aclıq vəziyyəti elan edib: "Bu, dünya üçün utancdır"
“Hər şeyimizə həbs qoyublar" - Şərurlu İsfəndiyar kimə minnət qoyur?
Vəzifəli şəxsə 8 günlük həbs cəzası verildi
İran hava məkanının bir hissəsini qapatdı
"Lids Yunayted" Noa Okaforla müqavilə imzaladı
"Gençlerbirliği" malili hücumçunu icarəyə götürüb
Abşeronda boya zavodunda yanğın... - Açıqlamalar (Yenilənib)
Yeni rəis gəldi, xidmət rəisinin müavini yola salındı - Dəyişiklik
Avropa İttifaqı Nümayəndəliyi Azərbaycandakı səfirlə vidalaşıb
Taylan Antalyalı "Rizespor"a transfer olub
Sabah hava necə olacaq? - Proqnoz
PUTİN MEHRİBAN ƏLİYEVAYA TƏBRİK MƏKTUBU GÖNDƏRİB - MƏTN
Kolumbiyada hərbi baza yaxınlığında yük maşını partladılıb - Ölən və yaralananlar var
Müəllimlərin işə qəbulu: vakansiya seçiminə start verildi
Rəşad Nəbiyev daha bir vəzifəyə təyinat aldı - AZAL-da dəyişiklik
ABŞ 55 milyondan miqrantı qovacaq? - Vizalar yoxlanılır
Nuranə Babayeva mətbuat katibi təyin təyin edilib
Xəstənin lüt görüntüləri və... - "Cərrah" danışdı + VİDEO
ŞAHİN BABAYEV DAHA BİR VƏZİFƏYƏ TƏYİN OLUNDU - Vüqar Mirzəzadə ilə Toğrul Quluzadə isə...
Dövlət qulluğuna qəbul üçün test imtahanına qeydiyyat başlayıb
Ağdam sakini 58 kq narkotiklə tutulub
"Bayer Leverkuzen" fransalı müdafiəçi ilə müqavilə imzaladı
"İnter" hücumçusunu satır
"Trabzonspor" "PSJ"nin yarımmüdafiəçisi ilə maraqlanır
Baş Prokurorluq Laçında beynəlxalq konfrans keçirir
"Beşiktaş" klubu iki oyunçunu "qaraladı"
"Fənərbağça" Edson Alvarezi transfer edir
"Barselona" oyunçusu ilə müqaviləni uzadıb
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür