Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
22-12-2021 [00:02]
Qoç - günün ilk yarısında həddən artıq ehtiyatlı olun. Mühüm anlaşmanı və ya sənədin imzalanmasını ertələyin. Ən sadə işlər, layihələr adi günlərlə müqayisədə daha çox zəhmət və səy tələb edəcək. Enerji potensialınızın səviyyəsi yüksək deyil.
Günün ikinci yarısında ürək-damar sistemində fəsadları olanların halı pisləşə bilər. Şəxsi münasibətlərdə stabillik pozulacaq. Yaxınlarınızdan birini sakitləşdirməli olacaqsınız.
Axşam saatlarını sakit şəraitdə keçirin.
Buğa - əhvalınız sürətlə dəyişəcək. Uzun müddətdən bəri birlikdə çalışdığınız tərəfdaşla münasibətlərdə sərinlik yarana bilər. Səbəb şəxsi maraqlardır. Səhhətinizə fikir verin. Sükan arxasında ehtiyatlı davranın.
Günün ikinci yarısında tanışlarınızdan birinin avantür ideyasının irrasionallığını anlamağa çalışın. Amma ideya müəllifini dərhal sərt tənqid etməyin, onun absurd təklifini müzakirəyə çıxarmayın.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Əkizlər - günün ilk yarısında xoşagəlməz hadisələr yaşana bilər. Bu olaylara layiq olduqlarından artıq önəm verməyin. Saatlar keçdikcə olaylar bir-birlərini əvəzləyəcək. Bundan sonrakı yaşamınıza müəyyən təsir edə biləcək insanla qarşılaşacaqsınız.
Günün ikinci yarısında hiyləgər rəqiblə üzləşmək ehtimalınız var. Amma narahat olmayın: nüfuzlu hami və yaxın dost sizə yardımlar edəcəklər.
Yaxınlarınızla, xüsusilə də ailə üzvlərinizlə münasibətlərinizdə səmimi olun. Axşam saatlarında romantik görüş istisna deyil. Etirafları ertələyin.
Xərçəng - günün ilk yarısında yaşanacaq olaylardan biri tərəfdaş və ya yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərinizdə son vaxtlar müşahidə edilən problemlərin səbəblərini faş edəcək. Düşünülməmiş sözlər deməyin, tələsik hərəkətlər etməyin. Yeni münaqişənin səbəbkarına çevrilməyin.
Günün ikinci yarısında kiçik hadisələr və mənasız işlər münasibətlərinizi korlaya bilər. Dəyər verdiyiniz insanın qeyri-adekvat davranışı gərginlik yaratmasın. Fəqət bəzilərinin əməlləri sarsaqlıq təsiri bağışlasa da, emosionallıq etməyin.
Şir - günün ilk yarısında emosiyalarınıza hakim olun. Ən sadə, hətta neytral situasiyalarda aqressiv və ya sərt olmayın. Asılı olduğunuz insanla qaba davranmayın.
İmkan varsa, uzunmüddətli səfəri təxirə salın. Yolda çox vaxt keçirməyin.
Günün ikinci yarısında səbrli və soyuqqanlı olun. Yaxınlarınızla danışıqlarda amiranə tərzdə ünsiyyət qurmayın. Sərtliyə əl atmayın. İnciklik və kobudluq yalnız çox pis fəsadlar yarada bilər.
Axşam saatlarında normal istirahət edin.
Qız - günün ilk yarısında maliyyə əməliyyatları aparmayın. Pulunuzla risk etməyin. Əks təqdirdə ciddi maliyyə itkiləri verə bilərsiniz.
Daşınmaz əmlakla bağlı anlaşma və ya müqavilənin müzakirəsini ertələyin.
Günün ikinci yarısında situasiyaya təsir etmək çətinləşəcək. Mövqelərinizi nəyin bahasına olursa-olsun, qorumağa çalşımayın. Münaqişəli vəziyyətdə diqqətli davranın.
Yaxınlarınızla təmaslarda bədbin davranmayın. Qısqanclıq və ya şübhəyə heç bir səbəb yoxdur. Axşam saatlarına yaxın enerji potensialınızın səviyyəsi çox aşağı düşəcək.
Tərəzi - günün ilk yarısına mühüm işləri planlaşdırıbsınızsa, neqativ emosiyalara qapılmayın. Nikbin olun, fəaliyyət sahənizdə irəliləməyə çalışın. Kommersiya tərəfdaşlarınızdan biri və ya həmkarınızla təmaslarda gərginlik yarana bilər. Texniki avadanlıqla ehtiyatlı davranın.
Günün ikinci yarısında sənədləşdirmədə sayıq olun. Biliklərinizi artırın, gərəkli informasiyanı arayın.
Axşam saatlarında şəraiti dəyişmək olar. Sevdiyiniz insanla rahat ortamda istirahət edin. Münasibətlərə dəyər verin.
Əqrəb - günün ilk yarısı məmurlar və ya dövlət orqanlarının mənsubları ilə ünsiyyət üçün əlverişli zaman deyil. Bədbinliyə qapılmayın. Əhvalınız yaxın ətrafınızdakı insanlarla münasibətlərə təsir edəcək. Heç bir əsas olmadan etibarlı tərəfdaşınızdan şübhələnməyin.
Günün ikinci yarısında aktiv olun. Səhhətinizə fikir verin.
Dəyər verdiyiniz insanla və yaxınlarınızla mübahisə etməyin. Münaqişə yaratmayın. Enerji potensialınızın səviyyəsinin aşağı düşməsi aqressiv davranışa səbəb olmasın.
Oxatan - maddi rifaha və pula həris olmayın. Sadə, təvazökar davransanız, daha ciddi uğurlar əldə edə bilərsiniz. İnkişafın perspektivlərindən bədgüman olmayın. Bu və digər hadisələrin gerçək mənasını, məğzini və səbəblərini anlamağa çalışın.
Yaxın perspektivlə bağlı planlarınızı günün ikinci yarısında yaxınlarınızla müzakirə edin. Nəzərdən qaçırdığınız mühüm detallardan biri üzə çıxacaq, mübahisə və ya dartışmalara səbəb olacaq.
Münasibətlərin ayırd edilməsi prosesinə yaxınlarınızı qatmayın.
Oğlaq - günün ilk yarısında şəxsi mənafeyi absolyuta çevirməyin. Təşəbbüskar olun, rəqiblərin sizi qabaqlamasına imkan verməyin. Mübahisələrlə münaqişələrdən uzaq durun. Qarşıdurma vəziyyətində ortaq məxrəc tapmağa can atın.
Günün ikinci yarısında işdə rəhbərliklə görüşməyə can atmayın. Mühüm anlaşma və ya önəmli sövdələşmə zamanı deyil.
Yaxınlarınızla təmaslarda gözləmə mövqeyi tutmaqda xeyir var. Dəyər verdiyiniz insanları nə qədər az tənqid etsəniz, irad bildirsəniz, mühit bir o qədər yaxşı olacaq.
Axşam saatlarında köhnə inciklikləri gündəmə gətirməyin.
Dolça - ən kiçik məsləhət və ya nəzakətli iraddan inciməyin. Hamının sizə qarşı olduğunu düşünməyin. Ətrafınızda baş verənləri ürəyinizə salmayın. Münasibətlərin aydınlaşdırılmasına başlamayın. Münaqişələrə yol verməyin.
Günün ikinci yarısında maliyyə əməliyyatında sayıq və diqqətli olun. Yaxınlarınızdan belə, şübhələnməyin. Müstəqil işləsəniz, bir qədər tək qalsanız, yaxşıdır.
Amma evdən çox uzaqlaşmayın.
Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar - günün ilk yarısında hadisələrin axarını, baş verən olayları obyektiv dəyərləndirin. Hər hadisənin arxasında məkrli rejissorun durduğunu düşünməyin. Bununla belə, sayıqlığı əldən verməyin. Rəqiblərin hazırladığı tora düşməyin.
Günün ikinci yarısında mühüm işi ertələyin. Saatlar keçdikcə bədbinləşmək əvəzinə, yaşamın pozitiv yönlərini qiymətləndirərək əhvalınızı yaxşılaşdırın.
Yaxşı bələd olmadığınız insanlarla ünsiyyətdə etiraflara varmayın.
Sevdiyiniz insanla qayğıkeş, səmimi davranın. Mövqeyinizi ailə üzvlərinə sübut edərək haqlı olduğunuzu göstərməyə çalışmayın.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub