Baş Prokurorluqda kollegiya iclası keçirilib - Nələr müzakirə olunub? (FOTO)
15-12-2021 [16:57]
Dekabrın 15-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, qarşıda duran vəzifələr və digər məsələlərə həsr olunmuş kollegiya iclası keçirilib.
Mia.az Baş Prokurorluğa istinadla bildirir ki, iclas iştirakçıları əvvəlcə Baş Prokurorluğun binasının foyesində ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulub.
Kollegiya iclasında çıxış edən Baş Prokuror Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən ilin sentyabr ayından başlayaraq işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda apardığı haqq mübarizəsində əldə etdiyi möhtəşəm qələbənin uzun illər ərzində davam edən münaqişəyə son qoyaraq ölkəmizin regional liderliyini birmənalı təsbit etməklə yeni geosiyasi reallıqlar yaratdığını vurğulamışdır.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əlievin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirildiyi, şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, döyüşlər zamanı yaralanan qazilər, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılmışdır.
Kollegiya iclasında ölkəmizdə pandemiyaya qarşı mübarizə sahəsində dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla son günlərdə ölkədə sağalanların sayının artması ilə yanaşı vaksinasiyanın uğurla aparılması nəticəsində əhalimizin çox hissəsinin peyvənd olunduğunu bildirilmiş, COVID-19 infeksiyasının Azərbaycan Respublikası ərazisində yaratdığı təhlükələrin qarşısının alınması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilən cinayət təqibi və digər tədbirlər müzakirə edilməklə müvafiq göstərişlər verilmişdir.
Ötən Kollegiya iclasından keçən müddətdə bir çox ölkələrin Baş prokurorlarının rəhbərlik etdikləri nümayəndə heyətlərinin, beynəlxalq təşkilat və qurumların rəhbərlərinin ölkəmizə işgüzar səfərlərinin önəmi barədə iclas iştirakçılarına məlumat verilmişdir.
İclasda Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar Baş Prokurorluq üzrə yaradılmış İşçi qrup tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrə dair Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Normativ hüquqi aktların rəsmi şərhinin verilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilən sorğuların və qanunvericilik təşəbbüsü qaydasında hazırlanan qanun layihələri ilə bağlı Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, Vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi vəziyyətinin ümumiləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilən sorğularla bağlı Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev, “Prokurorluq orqanlarının sosial media siyasəti haqqında” Təlimatın layihəsi ilə bağlı Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi və həmçinin Prokurorluğa qulluğa qəbul barədə 31 may 2021-ci il tarixdə elan olunmuş müsabiqə üzrə müəyyən edilmiş yerlərin sayının artırılması ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış etmişlər.
Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirmişlər.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə etmişdir.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub