Leyla Əliyevanın təşəbbüsü ilə "Qanın milləti yoxdur" adlı aksiya keçirilib - FOTOLAR

img

13-12-2021 [14:58]


Rusiya-Azərbaycan Gənclər Birliyi (AMOR) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) dəstəyi ilə Moskvada "Qanın milləti yoxdur" adlı növbəti xeyriyyə aksiyası keçirib.

Məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən humanitar tədbir MDTU-nun Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub.

Tədbirdə çıxış edən MDTU-da Azərbaycan klubunun sədri Simarə Məmmədova bildirib ki, azərbaycanlı gənclər xeyriyyə məqsədi ilə qan verirlər: “Məqsədimiz ankoliji xəstəlikdən və COVİD-19-dan əziyyət çəkən insanlara yardım etməkdir”

Xatırladaq ki, qanvermə aksiyası 3 gün davam edəcək. Artıq 13 ildir mütamadi olaraq keçirilən xeyriyyə aksiyasında minə yaxın gəncin iştirak edəcəyi gözlənilir/Report.

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq