Leonard kometi sürətlə Yerə yaxınlaşır
30-11-2021 [13:08]
Bu il yanvarın 3-də Arizonada Maunt Lemmon Rəsədxanasında Qreqori Leonardin kəşf etdiyi C/2021 A1 (Leonard) kometi sürətlə Yerə yaxınlaşmağa davam edir.
Bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.
Qeyd olunub ki, komet saatda 70 km sürətlə hərəkət edir. Bu səbəbdən onun fəzadakı vəziyyəti Yerdəki müşahidəçi üçün hər həftə dəyişir. Hazırda Şimal yarımkürəsində orta enliklərdə kiçik teleskoplarla Leonard kometini müşahidə etmək mümkündür.
Dekabrın əvvəllərindən başlayaraq komet Naxırçı, İlan, Herkules və İlandaşıyan bürclərindən keçəcək. Həmin müddətdə onun parlaqlığı 4m ulduz ölçüsünə çatacaq və adi gözlə müşahidəsi mümkün olacaqdır. Dekabrın ikinci yarısında isə komet artıq Cənub yarımkürəsinə keçəcək və 25 dekabrda Mikroskop bürcündə müşahidə ediləcəkdir.
Leonard kometi 12 dekabrda Yerə ən yaxın nöqtədən (34 mln km) keçəcək və maksimum parlaqlıqda görünəcəkdir. Komet Günəşlə Yer arasında yerləşəcəyi üçün onun parlaqlığı 1m -ə kimi arta bilər. Bu isə o deməkdir ki, onu hətta adi gözlə belə aydın müşahidə etmək mümkün olacaqdır.
Komet parlaqlığının maksimumuna çatanda onun biri qaz, digəri isə tozdan ibarət iki quyruğu olacaqdır. Onun indi də artıq kifayət qədər uzun, ionlaşmış qazdan ibarət quyruğu var. Göründüyü periodun əksər hissəsində qaz və toz quyruqları eyni bucaq altında olduğundan Yerdən bir quyruq kimi görünəcəklər. Ancaq 10-13 dekabr aralığında quyruqların arasındakı görünən bucaq məsafəsi təxminən 30o-dək artacaqdır.
Qeyd edək ki, komet hiperbolik trayektoriya üzrə hərəkət edir. Bu isə o deməkdir ki, komet Günəş sistemini tərk edəcək və bir daha geri qayıtmayacaq.
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir