Daha bir qadını fotoları ilə şantaj edən şəxs tutuldu

img

27-11-2021 [11:51]


Şamaxı Rayon Polis Şöbəsinə şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyalarının alınması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR