Azərbaycan Yüksək Liqasında oyun təxirə salınıb - Koronavirusa görə

Azərbaycan Yüksək Liqasında oyun təxirə salınıb - Koronavirusa görə

İDMAN

25.11.2021, 14:29

Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun “Xilə” – “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb.

Federasiyadan Mia.az-a verilən məlumata görə, “Xilə” komandası bir neçə oyunçusunun səhhətində narahatlığın yaranması (yüksək temperatur) ilə bağlı quruma müraciət edib.

Bunu nəzərə alan federasiya matçın təxirə salınması barədə qərar qəbul edib. Həmin futzalçılardan koronavirusla bağlı test götürülüb. Hələlik nəticələr açıqlanmayıb.

Qeyd edək ki, görüş noyabrın 26-da keçirilməli idi.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR