Şotlandiyada "Qarabağ"ın oyunu ilə əlaqədar 65 yaşlı kişi həbs olunub

img

25-11-2021 [14:23]


Şotlandiyada Aberdin" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə əlaqədar 65 yaşlı azarkeş həbs olunub.

Məlumata görə, həmin şəxs "Pittordi" stadionunda 26 yaşlı gəncə hücumda ittiham olunur. İnsident avqustun 26-da görüşün ilk hissəsinin ortalarında baş verib.

Adı açıqlanmayan yaşlı şəxsin məhkəməsi yaxın vaxtlarda olacaq.

Polis araşdırmanın yekunlaşmasında kömək göstərənlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, "Qarabağ" "Aberdin"ə ilk matçda 1:0, səfərdə 3:1 hesabı ilə qalib gələrək, qrup mərhələsinə yüksəlib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA