Avstriyanın Salzburq şəhərində Azərbaycan mətbəxi günü təşkil olunub - FOTOLAR

img

22-11-2021 [18:30]


Noyabrın 21-də Avstriyanın Salzburq şəhərində Azərbaycan mətbəxi günü təşkil olunub.

Salzburq şəhərdəki Azərbaycan Evində keçirilən tədbiri Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Cəmiyyətdən Mia.az-a verilən məlumata görə, təşkilatın fəalları Azərbaycan və türk icmasının üzvlərini, eləcə də yerli ictimaiyyətin nümayəndələrini milli mətbəx gününə dəvət ediblər.

Milli mətbəx günündə Azərbaycan mətbəxinin ləziz təamlarından biri olan qutabın hazırlanması təqdim olunub. Azərbaycanlı xanımlar müxtəlif növ qutabları qonaqların iştirakı ilə hazırlayıblar, reseptlər əsasında onlara da qutab bişirməyi öyrədiblər.

Tədbir Azərbaycan təamlarından ibarət birgə süfrə arxasında davam edib. Qonaqlar pandemiyadan sonra Azərbaycan mətbəxinin geniş ictimaiyyətə təqdimatı və tanıdılması üçün tədbirlərin keçirilməsini arzu ediblər.

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı