"Neftçi" uduzdu, "Qarabağ" və "Qəbələ" büdrədi

img

23-02-2014 [22:23]



Bu gün Topaz Premyer Liqada 23-cü turun oyunları keçirilib. 

"Qəbələ" klubu doğma meydanda "Rəvan"ı sınağa çəkib. Gərgin keçən oyunda qapılara qol vurulmayıb. Meydan sahibləri iki dəfə penaltidən yararlana bilməyiblər. Hər iki zərbəni "Rəvan"ın qapıçısı Lukaş Sapela dəf edib. İkinci qolu qaytardıqdan sonra hakimə qarşı qeyri-etik jest edən polşalı qapıçı birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

"Neftçi" klubu səfərdə "Sumqayıt"ın qonağı olub. çempionluq uğrunda mübarizə aparan Böyükağa Hacıyevin komandası gözlənilmədən turnir cədvəlinin autsayderinə məğlub olub - 0:2.

Turun mərkəzi qarşılaşması paytaxtda keçirilib "Şəfa" stadionunda "İnter" və "Bakı" komandaları üz-üzə gəlib. Oyunda qalib müəyyənləşməyib - 1:1. "Xəzər Lənkəran" isə AZAL-ın qonağı oub. Matçın 83-cü dəqiqəsinə qədər qonaqlar 2:0 hesabı ilə irəlidə olsa da, AZAL futbolçuları 10 dəqiqə ərzində hesabı bərabərləşdirə biliblər - 2:2.

Digər oyunda isə çempionatın vahid lideri "Qarabağ" klubu evdə "Simurq"la qarşılaşıb. Bu görüşdə də tərəflərin səy göstərməsinə baxmayaraq, hesab açılmayıb. Beləliklə, bu gün keçirilən beş oyundan dördündə bərabərlik qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA