“Catel”in keçmiş prezidentindən sabiq nazirə ağır ittihamlar: “Bu hücumların arxasında Əli Abbasov və..."
14-11-2021 [22:27]
“Əli Abbasov məndən pul istəyib, amma razılaşmadığıma görə “Catel” şirkətinə hücum təşkil edib”.
Mia.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya “Catel” şirkətinin keçmiş prezidenti Sadiq Hümmətov deyib.
Onun sözlərinə görə, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasova bir milyon dollar rüşvət verməsi həqiqətəuyğun deyil:
“Bu iddiada heç bir məntiq yoxdur. Əvvəla, Əli Abbasova bir milyon dollar vermişdimsə, niyə “Catel” şirkətinə hücum edildi? İkincisi, bir milyon dolları iddia edildiyi şəkildə vermək fiziki cəhətdən mümkün deyil.
Üçüncüsü, Sadiq Hümmətov pul verib, sonra da hər yerə car çəkib ki, hər kəs bu faktı bilir?
Başqa bir məqamı da diqqətinizə çatdırım. Mən amerikalılarla işləyirdim. Onlar isə rüşvətlə iş görmürlər. İndi belə çıxır ki, amerikalılar Əli Abbasova rüşvət verib? Bu, sadəcə absurddur. Əslində, “Catel” şirkətinə hücumların arxasında məhz rüşvət verməkdən imtina etməyim dayanırdı”.
“Catel”in keçmiş prezidenti şirkətə hücumlar barədə də danışıb: “Bu hücumların arxasında Əli Abbasov və ləğv edilmiş MTN-nin keçmiş rəhbərliyi dayanırdı. Hadisə 2008-ci ildə baş verib. Mən Əli Abbasova hissə də ayırmışdım, haram xoşu olsun. Amma o əlavə pul da istəyirdi, həm də çox istəyirdi. Razı olmadım deyə 2008-ci ildə 50-yə yaxın şəxs şirkətin ofisinə faktiki olaraq hücum etdi. Onların arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyindən olan adamlar da var idi. Baş verənlərin arxasında isə şəxsən Əli Abbasov dayanırdı. Təbii ki, MTN də buna dəstək verirdi. Düzdür, bu faktı etiraf etmədilər. Amma bilirdim ki, bu belədir. Hadisədən sonra mən şirkətdən ayrıldım. Elə o gedən getdim. Yoxlamalar da apardılar, heç nə tapa bilmədilər. Yaxşı olardı ki, Əli Abbasov “Catel”in milliləşdirilməsi prosesindən danışsın. Orada hansı məbləğdə yeyintilərin olduğunu açıqlasın. Onu da qeyd edim ki, Əli Abbasov barəsində yazılanların demək olar ki, hamısı doğrudur”.
Xatırladaq ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun həbsinə hazırlıq getdiyi barədə məlumat yayılıb. Həmin məlumatlarda keçmiş nazirin qanunsuz əməlləri, rüşvət və korrupsiya əməliyyatları barədə iddialar yer alıb. İddialardan biri də Sadiq Hümmətovun Əli Abbasova bir milyon dollar “hədiyyə” etməsi barədədir.
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir