Azərbaycan filmi 34-cü Tokio Beynəlxalq Film Festivalının laureatı olub

img

09-11-2021 [13:20]


Azərbaycan filmi 34-cü Tokio Beynəlxalq Film Festivalının laureatı olub.

Bu barədə film festivalının rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, Hilal Baydarovun rejissoru olduğu “Durna Çırağı” filmi bədii töhfəsinə görə festivalın mükafatına layiq görülüb.

Qeyd edək ki, Tokio Film Festivalınının müsabiqə proqramına Azərbaycan, Albaniya, İran, Qazaxıstan, Çin, Cənubi Koreya və Yaponiyadan ümumilikdə 15 film təqdim edilib.

Bu il münsiflər heyətinin sədri məşhur aktrisa İzabel Yupperdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq