Aşıq Alı ilə bağlı yenı səhifə açıldı
MƏDƏNİYYƏT
19.02.2014, 11:12
-Ucaboylu, yaraşıqlı bir insan;
-Dövrünün ən kamil ustad aşığı;
Kitabda ustad haqqında həqiqətən yeniliklərə də rast gəlirik. Demə, Aşıq Alı "Koroğlu” dastanının zənginləşdirilməsində müstəsna rola malik imiş. O, həmçinin deyişmə səhnələrinin belə qalibi olub, qarşısına çıxanın kimliyindən asılı olmayaraq həmişə qalib olubdur. Bir çox məşhur havacatların müəllifi olan Aşıq Alı "Rühani”, "Göyçə gülü”, İrəvan çuxuru” saz havalarını da yaradıb. Hansı ki, həmin havalar müasir aşıqlarımın reperturında sevilə-sevilə səslənməkdədir.
Aşıq Alının saz-söz ustadı kimi aşıq poeziyasında qoyduğu iz bu gün də yad edilir, danışılır. Bu iz onun aşıq sənətinə bəxş etdiyi 20-dən çox şagirdi ilə də təsdiqini tapır.
Kitaba ustadın nəsil-şəcərəsi də daxil edilmişdir ki, bu da gələcəkdə yaranacaq söz-söhbətə birdəfəlik yekun vurur. Onu başqa etniklərə və yerlərə aparıb çıxarmaq istəyənlərə biryolluq cavab verir.
Saz, söz aləmində məşhurlardan olan Dədə Ələsgərin də Aşıq Alını ustadlar ustadı kimi həmişə dərin məhəbbətlə yad etməsi, onun bu sənətə bəxş etdiyi töhfələri-ustadnamələri, təcnisləri, qoşmaları, gəraylıları, müxəmməsləri divaniləri və sair yaradıcılığı barədə məclisdə danışması da onun nəinki sənətdə, həm də dünyəvi elmlərin bilicisi olduğunu təsdiqləyir.
Kitab Aşıq Alının "Gəraylılar”ı başlayır. Bu gəraylılar Vətənə, doğma yurda, gözəllərə, naqis insanların pis əməlllərinə qarşı həsr olunubdur. "Ellərdi” gəraylısı məhz bu qəbildən olan şeirdi.
Dolananda yad diyarı, Müdam sorağım ellərdi. Qəmli qəlbin növbaharı, Qürurlu dağım ellərdi, Gül dərdim, gülə bənd oldum, Bir tuti dilə bənd oldum. Gəşt etdim, elə bənd oldum, Eşqim marağım, ellərdi. Bu Alıya qada yetə, Cəm olarlar səda yetə. İgidləri dada yetə, Zağlı yarağım ellərdi. Tərtibçi-redaktor gəraylılardan sonra böyük ustadın qoşmalarını vermişdir. Qoşmalarda da ustad aşıq Azərbaycan torpaqlarının ayrılmaz hissəsi olan Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrini, tanınmış yer-yurdlarının dağlarının gözəllliyini bədii, deyimlərə təsvir edir. "Ağrı dağı” şeiri bu baxımdan maraqlıdı.
Havalanıb ərş üzünə qalxmısan,
Dağların sultanı nər, Ağrı dağı.
Bahar əyyamıdı zimizstan keçib.
Əksilməz üstündən qar, Ağrı dağı.
Ormanında xan atlanar, xan düşər,Leşgər gələr, mahallara qan düşər.
Cümlə dağdan günəş sənə dan düşər,
Eylərəm şöhrətin car, Ağrı dağı.
Növbəti şeirlər Alının ustadnamələrini təcnislərini, cığalı təcnis, dodaqdəmyəz təcnislərini, divanilərini və bir qəzəlini təşkil edir.Növbəti səhifələrdə Ağ Aşığın Aşıq Alıyla, Aşıq Alının Aşıq Ələsgərlə, Aşıq İqballa, İranlı Aşıq Zəki ilə, Dondarlı Aşıq Hümbətlə deyişmələri verilmişdir. Dastan və rəvayətlər bölməsində isə Aşıq Alının Türkiyə səfəri, Aşıq Alının subatanlı İsəni şəyirdliyə götürməsi və Hacı Hüseynin Aşıq Alıya at bağışlaması kimi məsələləri açıqlayan yazıları dərc olunmuşdur.
Bəli, tərtibçi-redaktorun fədakar zəhməti sayəsində Göyçə mahalının aşıq poeziyasının banisi səviyyəsinə yüksəlmiş Aşıq Alının yaradıcılığının bu səviyyədə təqdim olunması Aşıq poeziya sənətində özünə layiqli mövqe tutan bir sənətkarın oxuculara təqdimatıdır. Məhz buna görə də tərtibçi-müəllifə qələm dostlarımızın adından təşəkkür edirik. Saşa Əliyev, ATU Əsaslı Kitabxanası direktorunun elmi işlər üzrə müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm” mükafatı laureatıDİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Aktrisa Serenay Sarıkaya saxlanıldı və… - Narkotik ittihamı + FOTO
Bugün, 14:06 MƏDƏNİYYƏT
-
Ağ Ev-dən İranla bağlı açıqlama: “Razılaşma…”
Bugün, 13:58 DÜNYA
-
Ərdoğan İlham Əliyevə məktub göndərdi: "Türkiyə ilə Azərbaycan arasında..."
Bugün, 13:39 GÜNDƏM
-
Universiteti fərqlənmə ilə bitirmişdi... - DSX-nin 26 yaşlı əsgəri niyə ölüb?
Bugün, 13:27 GÜNDƏM
-
MN-də dəyişiklik - İdarə rəisinin müavini vəzifədən çıxarıldı
Bugün, 13:23 CƏMİYYƏT
-
Mərkəzi Bankda yeni təyinat olub
Bugün, 13:11 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:46 GÜNDƏM
-
KONSULUMUZ QƏZADA DÜNYASINI DƏYİŞDİ - XİN açıqlama yaydı + VİDEO (YENİLƏNİB)
Bugün, 12:43 GÜNDƏM
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib - O, kimdir? (FOTO)
Bugün, 12:40 PRESS
-
Hörmüz boğazından keçid üçün rüsum alınmayacaq - İran XİN ABŞ-la yeni anlaşmanı açıqladı
Bugün, 12:34 İQTİSADİYYAT
-
İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTOLAR
Bugün, 12:11 KRİMİNAL
-
Ceyhun Bayramov ABŞ-a getdi
Bugün, 12:09 GÜNDƏM
-
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
Bugün, 12:07 İQTİSADİYYAT
-
Dövlət Agentliyi “Kontakt Home”u cərimələdi
Bugün, 11:58 İQTİSADİYYAT
-
Leyla Əliyeva Masallıda Cümə məscidində - FOTOLAR
Bugün, 11:57 SİYASƏT
-
PREZİDENT NAZİRLƏRİ TOPLADI - Müşavirə + FOTOLAR
Bugün, 11:53 GÜNDƏM
-
Rezidenturaya qəbulun 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayır
Bugün, 11:32 CƏMİYYƏT
-
Qəbul imtahanı: II mərhələ nə vaxt keçiriləcək? - Tarixlər
Bugün, 11:19 GÜNDƏM
-
Azərbaycanın axtarışa verdiyi Osman Kaya Gürcüstanda saxlanıldı
Bugün, 11:17 KRİMİNAL
-
Şuşa və Cəbrayıla növbəti köç olub (YENİLƏNİB)
Bugün, 11:01 GÜNDƏM
-
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
Bugün, 10:56 PRESS
-
ADY-nin bilet satışı sistemi çöküb - "Kartımdan 102 manat silindi, dedilər sistemdə xəta oldu, bu dəfə 254 manat ödə, yenisini al!" (Yenilənib)
Bugün, 10:54 CƏMİYYƏT
-
Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yanğın... - İş məhkəməyə göndərildi
Bugün, 10:45 KRİMİNAL
-
Tural Abbaslı: "Doğulan uşaqların sayı azalır, evliliklərin sayı aşağı düşür, boşanmalar artır"
Bugün, 10:41 SİYASƏT
-
Dünyanı kim idarə edir: ordular yoxsa ideyalar? - Yumşaq güc fenomeni və ya görünməz hegemonluq
Bugün, 10:35 SİYASƏT
-
Qəbul imtahanı: dünənki imtahanın düzgün cavabları açıqlandı
Bugün, 10:25 GÜNDƏM
-
Şahlar Cabbarov Ukraynada tutulub
Bugün, 10:09 KRİMİNAL
-
Aygün Kazımova, Röya və... - General kiminlə quda oldu? + VİDEO
Bugün, 10:07 MƏDƏNİYYƏT
-
Almaz Hacıyeva vəfat edib
Bugün, 09:57 CƏMİYYƏT
-
66 yaşlı Nazpəri Dostəliyeva İstanbulda - FOTOLAR
Bugün, 09:51 ŞOU-BİZNES
-
Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib
Bugün, 09:30 GÜNDƏM
-
Çində sel xəbərdarlığı: minlərlə insan təxliyyə olunub
Bugün, 09:22 DÜNYA
-
Nigeriyada terrorçuların girov götürdüyü 92 mülki şəxs xilas olunub
Bugün, 09:09 DÜNYA
-
İstanbul Bilgi Universiteti fəaliyyətini bərpa etdi - Qərar dəyişdi (Yenilənib)
Bugün, 08:59 GÜNDƏM