Keçmiş SSRİ-nin tanınmış aktrisası itkin düşüb

img

25-10-2021 [12:13]


Keçmiş SSRİ-nin tanınmış aktrisası, Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya paytaxt Moskvada itkin düşüb.

Məlumatı TASS yerli hüquq-mühafizə orqanlarına istinadən yayıb.

Oktyabrın 21-dən onunla əlaqə saxlamaq mümkün olmayıb. Aktrisanın yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, S.Svetliçnaya 1940-cı ildə anadan olub. O, çoxsaylı filmlərdə rol alıb. Aktrisanın oynadığı ən məşhur filmlərdən biri də “Briliant əl” kino-komediyasıdır. S.Svetliçnaya bu filmdə Anna Segeyevna rolunu canlandırıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR