"Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi

img

24-10-2021 [20:26]


İspaniya La Liqasında X turun mərkəzi görüşü "Barselona" və "Real Madrid" komandaları arasında keçirilib.

Məlumata görə, "Kamp Nou" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 32-ci dəqiqədə David Alaba açıb. 90+4-cü dəqiqədə isə Lukas Vaskes fərqi artırıb. 90+7-ci dəqiqədə isə Serxio Aqüero "Barselona"nın təsəlli qolunun müəllifi olub.

Bununla da 9 oyundan 20 xal yığan "Real Madrid" ilk pillədə yer alıb. "Barselona" isə 15 xalla 8-cidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA