PROFESSOR PUTİNİN TƏKLİF ETDİYİ XƏRİTƏDƏN DANIŞDI: "Həmin hərbi xəritələrlə Ermənistanla sərhədi dəqiq müəyyən etmək olur" - MÜSAHİBƏ
GÜNDƏM
24.10.2021, 17:11
Rusiya prezidenti Vladimir Putin Valday forumunda çıxış edərkən bildirib ki, Rusiya tərəfinin iştirakı olmadan Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti tam nizamlamaq mümkün deyil. Onun sözlərinə görə, keçmiş SSRİ respublikaları arasındakı sərhədlərin qeyd olunduğu inzibati-siyasi xəritələr hazırda Rusiya ordusunun Baş qərargahında saxlanılır.
«Hər iki tərəf həmin xəritələrə əsaslanaraq sakitcə əyləşib qarşılıqlı kompromislər tələb edən bəzi şeyləri müzakirə edə, nəyisə hardasa düzəldə, nəyisə mübadilə edə bilər… Yalnız bu cür mümkündür – hər iki tərəf qəbul etməli və fayda qarşılıqlı olmalıdır», – Putin deyib.
Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi – Ermənistan–Azərbaycan sərhədlərinin qarşılıqlı tanınması yolunda açar, iki ölkə arasındakı münaqişəni tənzimləməyə və Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimad yaratmağa imkan verən əsas şərtdir. Beynəlxalq hüquq və ərazilərin bütövlüyü prinsipləri nöqteyi-nəzərindən, Cənubi Qafqazın iki respublikası arasında Sovet sərhədlərinin bərpası – obyektiv və irəliyə doğru addımdır.
Haqqin.az bu mövzu ilə bağlı texnika elmləri doktoru, professor Məqsəd Qocamanovla söhbətləşib. Məqsəd Qocamanov Azərbaycanın ilk peşəkar geodezisti və kartoqrafı, BDU-nin kartoqrafiya və geodeziya kafedrasının müdiridir. O, Rusiya prezidentinin Valday forumunda bəhs etdiyi xəritələri yaxşı bilir.

Professor Məqsəd Qocamanov
– Söhbət hansı xəritələrdən gedir?
– Rusiya prezidenti Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyasının Sovet topoqrafik xəritələrinin surətlərinə əsaslanaraq həyata keçirilməsini təklif edir. Delimitasiya – məntəqə və obyektlərin qeyd olunması, demarkasiya isə onların həmin ərazilərdə markalanması, nişanlanmasıdır.
Sovet İttifaqında müttəfiq respublikalar arasındakı sərhədlərin əks olunduğu xəritələr SSRİ Nazirlər Sovetinin nəzdindəki Baş geodeziya və kartoqrafiya idarəsinin (SSRİ NS nəzdində BGKİ) sərəncamında idi.
Respublikaların sərhədlərindəki bütün dəyişikliklər yaşayış məntəqələrinin, çay, dağ və digər obyektlərin adları qeyd olunmaqla məhz BGKİ-də təsdiqlənir, razılaşdırılmış dəyişikliklər BGKİ-nin növbətçi xəritəsinə daxil edilirdi. Bundan sonra respublikalar dəyişikliklərin qeyd olunduğu növbətçi xəritənin nüsxəsini alırdılar. O cümlədən, Azərbaycan SSR və Ermənistan SSR də sərhədlərin razılaşdırılmış dəyişikliklərinin əks olunduğu xəritənin nüsxəsini alıb. Prinsipcə, Bakı və Yerevan üçüncü tərəfin iştirakı olmadan da demarkasiya və delimitasiyanı apara bilər. Ancaq demarkasiya və delimitasiya proseslərini Azərbaycandan ərazi qoparmaq məqsədilə ləngidən Ermənistanın xoş olmayan niyyətləri səbəbindən prezident Putin neytral tərəfin nümayəndəsi kimi çıxış edərək Rusiya Silahlı qüvvələrinin Baş qərargahında saxlanılan topoqrafik xəritələrdən yararlanmaq təklifini verib. Yeri gəlmişkən, BGKİ dövrünün xəritələri hazırda Roskartoqrafiyanın xəritə anbarlarında saxlanılır.
– Sizin fikrinizcə, Ermənistanın bizim ərazimizin bir hissəsinə iddia etmək üçün hansısa əl yeri varmı?
– Azərbaycan SSR-in sərhədlərinin işarələnməsi ilə bağlı heç kəs bizi aldada bilməz. Bununla belə, çox vacibdir ki, demarkasiya və delimitasiya prosesində Azərbaycanın təcrübəli kartoqrafları da iştirak etsin. Bizim komissiyamız var, oraya “Geodeziya və kartoqrafiya” MMC-nin ekspertləri, ARDNŞ-in ekspertləri və digərləri daxildir. Putinin bəhs etdiyi və Azərbaycan SSR-in sərhədlərinin qeyd olunduğu xəritələrin nüsxələri əvvəllər Dövlət torpaq və kartoqrafiya komitəsində, sonralar isə Ekologiya və təbii sərvətlər nazirliyinin nəzdindəki “Geodeziya və kartoqrafiya” MMC-də saxlanılırdı.
– Lakin Putin Rusiya ordusunun Baş qərargahının xəritələrindən danışır. SSRİ-nin siyasi-inzibati ərazi bölgüsünün hərbi və mülki xəritələri arasında hansı fərqlər var?
– SSRİ respublikalarının xarici və daxili sərhədlərinin əks olunduğu hərbi və siyasi xəritələr arasında prinsipial fərq yoxdur. Hərbi xəritələr də elə BGKİ-nin həmin xəritələridir, sadəcə orada müdafiə və hərbi əməliyyatların təşkilində maraq kəsb edən yerüstü obyektlər göstərilir. 1950-60-cı illərdə kartoqrafiya və geodeziya praktik olaraq SSRİ hərbi idarəsinin təsir dairəsində idi. Peşəkar kartoqrafların hamısı hərbçi idi, paqon daşıyırdı, sahə özü isə məxfi idi. Rusiyada indi də hərbi topoqrafiya institutları var. SSRİ-də BGKİ və Hərbi-topoqrafik xidmət xəritələrdəki dəyişiklikləri həmişə razılaşdırırdılar. Yeri gəlmişkən, dünyanın bütün ölkələrinin hərbi idarələrində geodeziya və kartoqrafiya xidməti mövcuddur. Sovet dövründə Qazax rayonunda və Bakıda keçmiş “Spartak” stadionunun yaxınlığında hərbi-topoqrafik hissələr yerləşirdi. SSRİ dağılanda Qazaxdakı hissədən hərbi xəritələri Bakıdakı xəritə anbarına köçürdülər.
– Bu xəritələrlə sərhədi nə dərəcədə dəqiq müəyyən etmək olar? Axı Azərbaycan ərazisinin bir hissəsi 30 ilə yaxın müddətdə erməni işğalında olub…
– Mülki xəritələrdə miqyasdan asılı olaraq üfüqi müstəvidə yerləşən bütün obyektlər əksini tapıb. Bu xəritələr hansısa bir sahədəki təsvirlərə üstünlük vermir. Deyək ki, əsasən nəqliyyat şəbəkəsini, yaxud meşə ehtiyatlarını təsvir edən xəritələr var. Yəni, Putinin söylədiyi xəritələrlə sərhədi dəqiq və obyektiv müəyyən etmək olur. Ermənilər fəza sahəsinə malik obyektlərlə, məsələn, dağlar və təpələrlə spekulyasiya edərək ərazinin bir hissəsini öz tərəflərinə çəkməyə çalışa bilərlər, ancaq bizim mütəxəssislərimiz səthin üfüqi və maili ölçmələrdəki fiziki fərqlərini hesablamağı bacarırlar. Yəni, ermənilər bizim ərazilərimizdən bir kvadrat metr belə qopara bilməyəcəklər. Azərbaycanla Ermənistan arasındakı sərhədi daha dəqiqliklə miqyası 1:10000 olan xəritə ilə müəyyənləşdirmək olar. Buna heç bir şübhə olmamalıdır.

Sovet vaxtının hərbi xəritələri
– Ermənilər Azərbaycan ərazilərinin onlara verilməsi təklifi ilə BGKİ-yə tez-tez müraciət edirdilər?
– Tez-tez. Onlar həmçinin öz ərazilərindəki bütün türk toponimlərini erməni adları ilə əvəzləmək istəyirdilər. Yeri gəlmişkən, ermənilər heç vaxt onlara məxsus olmamış torpaqlarda saysız-hesabsız “tiqranokertlər” uydurmaqda mahir ustadırlar. Sovet dövründə erməni məmurlar tez-tez BGKİ-yə yaşayış məntəqələrinin, göllərin, çayların adlarını öz sözlərinə dəyişdirmək üçün axmaq təkliflərlə müraciətlər edirdilər… Və mütəmadi olaraq yeni “tarixi xəritələrlə” Moskva idarələrinin kandarını kəsdirirdilər. Həmin xəritələrdə isə bizim torpaqlarımız “Ermənistanın tarixi əraziləri” kimi təqdim olunurdu. Deməliyik ki, BGKİ coğrafi adlarda istənilən dəyişikliklərə neqativ yanaşırdı, çünki dağ, çay, göllərin toponimləri Sovet dövlət-təsərrüfat sənədlərində əksini tapırdı. Düzdür, Yerevan toponimlərin dəyişdirilməsində nələrəsə nail ola bilirdi…
O ki qaldı Azərbaycanla sərhədlərə, tarixi faktları dəyişdirmək ermənilərə xas olan adətdir. Sovet dövründə onlar guya ki, qədim Ermənistanın tamamilə şübhəli və böyük ehtimalla saxtalaşdırılmış xəritəsini haradansa çıxararaq mövcud sərhədlərin dəyişdirilməsi xahişi ilə dövlət orqanlarına müraciət edirdilər. Bunun hazırda nəyə gətirib çıxardığı hamıya bəllidir.
Yeri gəlmişkən, biz erməni və rus mənbələrinin əsasında Ermənistanın hidronimlərinin (su obyektlərinin – çay, göl və s. adları) xəritəsini tərtib etmişik. Beləliklə, 1930-40-cı illərdə hidronimlərin 90 faizi türk mənşəli idi.
– Bəs bolşeviklər Azərbaycan-Ermənistan sərhədini hansı xəritələrlə müəyyənləşdirmişdilər? ADR-in xəritəsində sərhəd Göyçə gölünün ortasından keçirdi…
– Ümumiyyətlə, Cənubi Qafqazın xəritəsi Rusiyanın Persiya üzərində qələbəsindən sonra yaradılıb. Rus çarı 1837-ci ildə Azərbaycana ekspedisiya yollayır və beləliklə, mövcud obyektlərin yerləşmə zonaları, onların Qara dənizdən Xəzərə qədər parametrləri göstərilən sənədlər hazırlanır. Rusiya imperiyasının dağılmasından sonra Azərbaycan Respublikasının sahəsi rəsmən 120 min kv. km. olur. Bildiyiniz kimi, siyasi oyunların nəticəsində ərazimiz 86,6 min kv. km.-ə qədər azalır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026-ya iz qoyan siyasi çalar - İranla oyunda bu mesaj nəyə işarə idi? + FOTO
Bugün, 08:29 SİYASƏT
-
DÇ-2026-da daha bir sürpriz: Muslera tarix yazdı!
Bugün, 08:19 İDMAN
-
Hikmət Hacıyevin Ermənistana səfəri: üç istiqamətdə aparılan danışıqlar və...- TƏHLİL
Bugün, 01:05 SİYASƏT
-
DÇ-2026: Belçika Misir yığması ilə bacarmadı
Bugün, 00:57 İDMAN
-
İspaniya yığmasının qarşısına sədd çəkən 40 yaşlı qapçı… - Bir saata izləyici sayı 2 milyon artdı
Bugün, 00:44 İDMAN
-
İran Prezidenti: “ABŞ-la anlaşmaya əməl olunarsa...”
Bugün, 00:33 GÜNDƏM
-
ABŞ-ın strateji neft ehtiyatı 43 İlin ən aşağı səviyyəsinə enib -Hesabat
Bugün, 00:27 İQTİSADİYYAT
-
“Həmkarlar”ın etiraz doğuran turpaketi... “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bugün, 00:20 CƏMİYYƏT
-
Xırdalanda Heydər Parkı: sürətlə atan obyektlər, qəlyan qoxusu və quruyan ağaclar… - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
ABŞ-dan İsrailə ultimatum: “Oradan tədricən çəkilin!”
Bugün, 00:15 DÜNYA
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
Bugün, 00:09 GÜNDƏM
-
"Turan Tovuz”un Avropa xəyalı bitdi - CAS qərar verdi
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
DÇ-2026: daha bir sürpriz nəticə qeydə alınıb
15.06.2026, 23:06 İDMAN
-
ABŞ-la İRAN ANLAŞDI: Tramp və Şərif açıqladı, İsrail etiraz edir - İran mediası tarixi razılaşma mətninin gizlinlərini yaydı (Yenilənib)
15.06.2026, 20:21 GÜNDƏM
-
"İndiki aparıcılar efirdə açıq geyimlərdən istifadə edirlər"
15.06.2026, 19:00 PRESS
-
Ağdamda çoban həmyerlisini güllələyib, daha sonra...
15.06.2026, 17:04 KRİMİNAL
-
Ərdoğandan Azərbaycana mesaj: "Bir millətin iki dövləti, tək ürəyi daşıyan övladları olduğumuz..."
15.06.2026, 14:21 SİYASƏT
-
Abşeronun iki qəsəbəsində aylarla davam edən problem... - Rəsmilər nə deyir? + VİDEO (Yenilənib)
15.06.2026, 12:37 GÜNDƏM
-
Sabah yağış yağacaq
15.06.2026, 12:26 GÜNDƏM
-
Generallar, yüksək vəzifəlilər və... - Mahsun Kırmızıgül Bakıya kimin övladının toyuna gəlib? + VİDEO
15.06.2026, 12:14 ŞOU-BİZNES
-
Köçəryan ölkədən çıxarkən saxlanıldı - VİDEO
15.06.2026, 11:33 SİYASƏT
-
Flora Kərimovanın vəziyyəti açıqlandı: "Yəqin ki, 10 günə evə buraxılacaq"
15.06.2026, 10:25 MƏDƏNİYYƏT
-
Sumqayıtda iş adamına qarşı 600 min manatlıq şantaj əməliyyatı... - Təfərrüat
15.06.2026, 10:21 CƏMİYYƏT
-
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı - MƏTN
15.06.2026, 09:15 GÜNDƏM
-
DÇ-2026-nın F qrupunda iki oyun keçirildi - 10 qol vuruldu
15.06.2026, 09:01 İDMAN
-
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
15.06.2026, 00:01 GÜNDƏM
-
Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu ünvanlayıb - MƏTN
14.06.2026, 23:50 GÜNDƏM
-
Azərbaycan Prezidentinin köməkçisi Dilicanda - VİDEO
14.06.2026, 21:04 GÜNDƏM
-
Ermənistan MSK seçkinin yekun nəticələrini açıqladı - Paşinyan hökuməti təkbaşına formalaşdıracaq
14.06.2026, 19:42 GÜNDƏM
-
Xəzər dənizinə sədd çəkənlər: onlar kimə güvənir? - VİDEO
14.06.2026, 19:21 CƏMİYYƏT
-
Tehrandan ABŞ-a xəbərdarlıq: "Yaxşı polis, pis polis rolunu buraxın" - "Ya öhdəliyə əməl edin, ya da..."
14.06.2026, 18:05 SİYASƏT
-
Hikmət Hacıyev Ermənistanda - Armen Qriqoryanla nələr müzakirə edilib? (FOTO)
14.06.2026, 17:18 GÜNDƏM
-
Xidmət çilingərləri 480-540, "Qəza-Dispetçer"in növbə çilingərləri 900-1100, növbə ustaları 1600-1700 manat... - Komitə sədri "Azəriqaz"dakı anormal iş qrafiki və maaşdan yazır
14.06.2026, 13:21 İQTİSADİYYAT