“Mədəniyyət” televiziyasına yeni direktor təyin olundu - Ülviyyə Kərimova kimdir? - FOTO

img

19-10-2021 [17:28]


Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” telekanalına yeni direktor təyin olunub.

"AzTV"nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, bununla bağlı QSC-nin sədri Rövşən Məmmədov müvafiq əmri ilə Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin edilib.

O, 2019-cu ilin oktyabrından indiyə qədər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.

Qeyd edək ki, əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. O, mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA