"Qarabağ" və "Xəzər" yüksəldi, "Qəbələ" və "Neftçi" uduzdu

img

15-02-2014 [22:28]


Bu gün Topaz Premyer Liqada 21-ci tura yekun vurulub. 

Günün ilk qarşılaşmasında "Bakı" və "Neftçi" klubları üz-üzə gəlib. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan "Bakı" xalını 36-ya yüksəldib.

Turun maraq doğuran görüşü Qəbələdə baş tutub. Burada yerli "Qəbələ" klubu "Xəzər Lənkəran"ı qəbul edib. Oyunda hesabı açan tərəf "Qəbələ" olsa da, Yuri Syominin komandası sonda məğlubiyyətlə barışıb - 2:3.

"Sumqayıt" - "Rəvan" görüşü saat 16:00-da start götürüb. Çempionatın autsayder komandalarının duelində qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1.

Premyer Liqanın hazırkı lideri "Qarabağ" klubu isə doğma azarkeşləri önündə AZAL-ı qəbul edib. Qurban Qurbanovun komandası bu görüşdə qələbə qazanmaqla liderliyini bir qədər də möhkəmləndirib - 2:1.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA