NİZAMİ MURADOĞLUNUN “KANLI TAŞ” ƏSƏRİ HAQQINDA MÜLAHİZƏLƏR
15-10-2021 [13:48]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: [email protected]
***
Nizami Muradoğlunun Türkiyədə Türkiyə türkcəsində nəfis şəkildə çap olunan “Kanlı Taş” kitabı qarşımızdadır (N.Muradoğlu “Kanlı Taş (roman), Baygenç Yayıncılık, I baskı, Adana, nisan, 2019). Xatırlatmaq yerinə düşər ki, bu əsər daha əvvəl Azərbaycanda Azərbaycan türkcəsində “Baba ocağı” adlı kitab kimi nəşr olunmuşdur (N.Muradoğlu “Baba ocağı”, Bakı: Elm və Təhsil, 2014 ).
Əsərin poetikası, məzmunu və süjet xətti çox maraqlı şəkildə qurulmuşdur. İlk olaraq süjet fiqurasiyası diqqəti özünə cəlb edir. Bu əsəri oxuyarkən mənə məşhur yazıçı Viktor Hüqonun dillər əzbəri olmuş “93-cü il” əsərini xatırlatdı. “93-cü il” əsərini oxumağa başlayarkən oxucuya elə gəlir ki, müəllif hansısa bir publisistik yazı qələmə alıb. Sanki burada bədii əsərdən heç bir söhbət getmir. Ancaq bir qədər oxuduqca o hadisələrin sonrakı hadisələr üçün bir keçid rolu oynadığını görməyə başlayırsan. Publisistik yazı tərzində başlayan əsər daha sonra bədiiləşməyə başlayır. Müəllif qələmində bədiiləşdikcə Viktor Hüqo üsluba uyğun olaraq tətbiqi psixologiyadan istifadə olunur. Tətbiqi və yaxud eksperimental psixologiya ayrıca elmdir. Təəssüf ki, bizdə tətbiqi psixologiya deyil, yalnız ümumi psixologiya tədris olunur.
Ancaq N.Muradoğlu bu əsərində tətbiqi psixologiyadan bədii səviyyədə bəhrələnə bilmişdir. Ola bilsin ki, müəllif bunu qarşısına məqsəd qoymamışdır. Lakin onun düşüncəsindən gələn məlumat yığını bədii ifadədə bu psixoloji təəssüratları həm süjet, həm də obraz səviyyəsində meydana çıxarmışdır. Belə ki, süjet öncə ənənəvi şəkildə başlayır, hadisələr əvvəldən sona doğru inkişaf edir. Lakin süjet ortasında birdən-birə hadisələr qırılır. Hadisələr geriyə doğru inkişaf
edir. Yaddaşda yenidən əvvəlki publisistik anlayışlar bətpa olunur. Biz Hüqo kimi Nizami müəllimin əsərində də məhz bu anlayışları görə bilirik. Yəni burada birinci publisistik məsələlər mövcud rol oynayır, tarixi məsələlər əhəmiyyətli yer alır, din mövzuları ciddi şəkildə süjetə daxil edilir. Eyni zamanda etnoqrafik təəssüratlar əsərdə öz əksini tapır. Bütün bu sahə və inanclar, məna və anlayışlar və digər məsələlər məsələlər əsərdə yaddaşda cəmlənib ümumi bir sxemə dönür, daha sonra o nitq axınına gələndə konkret bir anlayış halına çevrilir. O anlayış milli məfkurə üzərinə yönəldilir. Milli məfkurə anlayışı burada hansı mövzuda qabarıq şəkildə görünür? Bu əsərdə təsvir olunan Milli məfkurə təbii ki, türklük məsələsidir. Birinci Nizami müəllim orada çox böyük fərəhlə və ləyaqətlə türk məsələsi qoyur. Təbii ki, türk dünyasının diqqətini bu əsər təsadüfi olaraq cəlb etməmişdir. Burada eyni zamanda soyqırım məsələsi ifadə planında ciddi şəkildə özünü göstərir. Soyqırım aktı aydındır ki, bizim hər birimiz üçün məlum olan bir məsələdir. Soyqırım məsələsi bütün türk dünyasını birləşdirən bir məsələdir. Hər zərərdə bir xeyir olduğu kimi, soyqırım hadisəsi də bütün türk ölkələrini bir araya gətirir. Burada Nizami müəllim öz elmi düşüncəsini süjetə qatdığı üçün xalqdan gələn folklor adət-ənənələrini də bu əsərə gətirir. Mənim heç yadımdan çıxmaz dünya miqyaslı yazıçı Çingiz Aytmatova bir dəfə sual verdilər ki, sizin əsərləriniz nə üçün dünyada bu qədər geniş şəkildə yayılır. Çingiz Aytmatov cavab verdi ki, çünki mənim əsərlərimdə mifologiya var. Məhz Nizami müəllim mifoloji struktura uyğun olaraq burada müxtəlif süjet xətləri qurur. Yəni bu süjet xətlərini çarpaz süjet xətləri, yaxud da funksional süjet xətləri adlandırmaq olar. Biz mifoloji mətnlərdə bu kimi süjet və motivləri müşahidə edirik. Müəllif funksional süjet xətləri içərisində əsasən çox ciddi bir məsələyə toxunur. Bu məsələ nədir? Əsərin əsas obrazı olan Rövşən təsvir olunan konkret məkanlara gəlir və aidiyyəti olan şəxslərə çox maraqlı bir sual ünvanlayır. Eyni zamanda biz bu süjet içində bölgədə məzhəb məsələlərinin çox incəliklə, yəni semantik səviyyədə işləndiyinin şahidi oluruq. Birinci şiəlik məzhəbi üzərində öz din anlayışlarını yayan mollaya sual verir ki, “Mən tövbə etmək istəyirəm, öz həyatımda çox günah əməllər
etmişəm. Molla deyir ki, çox gözəl bir işdir, tövbə etmək Allahın əmridir. Tövbə edənlər bağışlanar. Rövşən isə cavab verir ki, ancaq mən tövbəmin bağışlanacağını bu dünyada görmək istəyirəm. Buna sizin bir cavabınız varmı? Mən bu suala cavab axtarıram”. Təbii ki, molla bu suala cavab verə bilmir. Ondan sonra hadisələrin dinamikasıyla görünür ki, Nizami müəllim həmin obrazı müxtəlif hadisələrdən keçirərək sünni xocasının yanına gətirir. Bu xoca Mirzə Tahir əfəndidir. Təsadüfi olmayaraq Əfəndi adlanır. Çünki artıq şiə mollası əsərdə təqdim olunub, ancaq ondan Rövşən sualına cavab ala bilməyib. İndi sünni xocası əsərin süjetinə daxil edilir. Sünni xocasının yanına gələn Rövşən onu eyni sualla müraciət edir. Lakin xoca da bu suala cavab verməyə çətinlik çəkir. Ondan sonra Nizami müəllim arenanı daha da genişləndirir. Əvvəldə qeyd etdiyim kimi yaddaşı açır. Rövşən bir-birinin yanına göndərilən ruhanilərin məsləhəti nəticəsində indi də gəlib keşişin yanına çıxır. Bu keşişin adı Mikayıldır. Lakin əsli türkdür. Oxuduğu dualar da türk dilindədir. Ancaq ermənilər onu özlərindən sayırlar. Rövşən bu keşişə də o sualı verir. Təbiidir ki, müəllif düşüncəsinə, süjet xəttinə və motiv spesifikasına uyğun olaraq keşiş də ona yol göstərə bilmir. Əsərdən göründüyü kimi din adamlarının hər biri bu suala cavab verə bilmədiyi üçün onu o birinin yanına göndərir. Beləliklə həmin suala cavab tapa bilməyən Rövşən bir aşıq yanına gəlir. Əlbəttə bu da təsadüfi deyil. Aşıq burada müəllif tərəfindən qurulan semantik obrazdır. Müəllif təsadüfi olmayaraq mətnə bir işarə atır ki, onu Allah özü gətirib çıxarımışdı onun yanına ki, bu bilgini ona versin. Aşıq ona ağdədəni misal göstərir, yerini nişan verir, bu suala yalnız onun cavab verə biləcəyini Rövşənə izah edir. Ağdədə bizim folklorumuzda mühüm obrazdır. Xalq ədəbiyyatında hətta yuxulara gələn o ağ libaslı dədələr də ağdədələr adlanır. Ağdədə ona gözəl bir cavab verir. Bu da folklorumuzla bağlı məsələdir. Bizim milli mədəniyyətimizdə bağlı olan məsələdir. O, Rövşənə deyir ki, sən tövbə et və o ocaqdan bir kösöv götür. O kösövü apar basdır. Kösöv nə zaman göyərsə, sən dünyada tövbənin qəbul olduğunu görəcəksən. Artıq burada Nizami müəllim bir çıxış yolu qoyur. Yəni tövbə etmək üçün gələn bir insanın sualına din
biligiləriylə zəngin olan ruhanilərin heç birinin cavab tapa bilmədiyi halda, Ağdədə cavab verir. Əslində müəllif Ağdədənin kəramət məsələlərini burada açır. Burada artıq Nizami müəllim elmin batini tərəfini tərifləndirir. Aydındır ki, hər hansı hadisədə zahiri və batini məsələlər var. Təbii ki, bu dərin bir məsələdir. Təsəvvür edin ki, bu mövzu siyasi-tarixi mövzu içərisində rol oynayır. Adətən dini əsər oxumaqla, dini əsərdə bəzi təsəvvüf termini, irfan bilgiləri görmək olar, kəramət hekayətləri, batini mövzular diqqət çəkər. Ancaq siyasi-tarixi mövzulu bir əsərdə birdən-birə qəflətən belə bir obraz mövcud olur və hadisələrin dinamikasını yaradır. Bütün hadisələrə səpələnir. Buna biz semantik yuvalar deyirik. Nizami müəllim o semantik yuvanı çox ustalıqla orada bərpa edir. Belə ki, Rövşən kösövü basdırır, ona qulluq edir, ətrafdan oraya su çəkir. Ağdədənin dediyi kimi bağ-bağat salır, yaşıllıq salır. Bir çox insanlara yaxşılıqlar eləyir. Mətn süjetində məhz burada biz bir semantik yuvaya çox diqqət edirik. Ağdədə ona deyir ki, “o kösöv göyərəndə sənin tövbə qəbul olunacaq”. O, ac-yalavacları da doyurur, kasıblara da kömək edir, xeyirxahlıq da edir, ancaq kösöv göyərmir. Yəni Nizami müəllim burada ənənədən çıxıb. Ənənədə kösöv göyərməliydi, yəni aca-yalavaca, yetim-yesirə kömək edirsənsə, xeyirxahlıq edirsənsə, onun duasını alırsan. Burada sonuc görünür. Lakin bu süjet xəttində nəticə hələ ki, alınmır. Bu qədər səvab əməllərdən sonra ənənəvi olaraq o kösöv göyərməliydi. Ancaq Nizami müəllim burada hadisələrdən çıxır. Nə üçün hadisələrdən çıxır? Çünki bizi tarixi romana qaytarır. Bu zaman nə baş verir? Nəticə etibarilə xəbər aparan bir adamı Rövşən yaxalayır, onun cibindən məktub çıxır və o məktub vasitəsilə məlum olur ki, bütün bu el-obanı məhv etmək üçün məkrli bir plan hazırlanmışdır. Yəni xain düşmən xalqın öz içində oturur, məkrli bir plan hazırlayır. Rövşənin təsadüfi, bəlkə də məntiqi fəaliyyəti nəticəsində bu plan pozulur. Bu plan pozulmaqla Rövşən öz bağ-bağatına qayıdanda kösövün göyərdiyini görür. Yəni burada artıq müəllif qeyd etdiyim kimi ənənədən çıxmışdır. Tarixi romana qayıtmışdır. Eyni zamanda burada başqa bir süjet strukturu təqdim etmişdir. Artıq hadisələr başlanğıca doğru inkişaf edir, situasiya yarandığı yerə yenidən qayıdır.
O yerə qayıdır ki, burada Rövşənin yaxşılıq etdiyi, xeyirxahlıq etdiyi insanlar əgər üç-beş nəfər idisə, məhz Rövşənin göstərdiyi yol nəticəsində xilas olan camaat bütün Əylis camaatıdır.
Son olaraq diqqətə çatdıraq ki, ümumiyyətlə bu əsər çox müxtəlif süjetlərlə zəngindir. Eyni zamanda burada müxtəlif elm sahələri özünü göstərməkdədir. Əsərdə ideoloji baxımdan çox ciddi məsələlər qoyulmuşdur. Eyni zamanda bir məsələni də demək istəyirəm. Ola bilər ki qəbul edən də, qəbul etməyən də ola bilər. Mən Nizami müəllimin əsərinə "Daş yuxular" əsərinin cavabı kimi baxıram. Yəni "Daş yuxular" əsəri bu xalqı təhqir edən bir əsər oldu. Bu yazıda, hətta bölgə-bölgə seçilən obrazlar, biz deyərdik ki, məkrli niyyətə xidmət edir. “Daş yuxular” bütün xalqın alçaldılmasına və ermənilərin təbliğatına xidmət edən bir məsələ oldu. Məhz Nizami müəllimin bu əsəri həmin cızma-qaraya tərs bir şillədir. Özü də, deyərdim ki, çox ağır şillədir. Elə bir şillədir ki, onun səsi türk dünyasından gəlir.
MİA.AZ
"Kassam tuqayları" 10 İsrail əsgərini öldürüb
Trampa qarşı daha bir ittiham ləğv olunub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Livana hücum: ölənlərin sayı 3768-ə çatıb
Ərdoğan: "Netanyahu və onun ətrafı üçün çəmbər getdikcə daralır”
Türkiyədə 70 kq qızılla tutulan diplomat Bakıya gətirilib - Haqqında həbs qərarı verildi + FOTOLAR (YENİLƏNİB)
Türkiyədə bəzi şəhərlərdə dərslərə ara verilib - Qara görə
Malatyada zəlzələ baş verib - 4,6 bal gücündə
Livanda bombalanma: xeyli ölən var - Meyitlərin bəziləri parçalanıb
NATO rəsmiləri Bakıya gəliblər
Azərbaycanda unikal hadisə: məhkəmə ustaya zorla ayağını öpdürən tiktoker haqda qərar verdi - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
İspaniya klubları türk oyunçunu almaq istəyir
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTOLAR
QƏRARGAH RƏİSİ QANDALLANDI - Hərbi ekspertlik edən Ədalət Verdiyev iki maddə ilə tutulub
Qarabağ zonasında daha 1457,4 hektar ərazi minalardan təmizlənib
Hakan Fidanla NATO-nun baş katibi görüşüb - Ankarada
Deputat əmisi qızını işdən çıxarıb - Yerinə öz xanımını təyin edib
“Sabah”da baş məşqçi təyinatı olub
Zahid Oruc Milli Məclisdə: "Bəlkə azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa: "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib"
Bakıda hansı vacib qərarlar qəbul olundu? - Zahid Oruc yazır
"Çelsi" "Qalatasaray"ın qolçusunu alır - 75 milyon avroya
İordan çayının qərb sahilində daha 29 fələstinli saxlanılıb
Azərbaycan Ordusunun qırıcıları havalanıb - VİDEO
31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
“Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib - FOTOLAR
Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub - FOTOLAR
“Sabah” baş məşqçi ilə vidalaşdı
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi
NATO-nun baş katibi: "Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm"
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
TƏBİB-ə 4 zərbə: 303 minlik tender ləğv edilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
Prezident İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif etdi - Sərəncam
Bələdiyyələrlə bağlı əlavə qanunlar təsdiqləndi, yeni bələdiyyələr yaradıldı və... - SİYAHI (Yenilənib)
Çində soyuq hava - Qarla bağlı əhaliyə xəbərdarlıq edilib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
Sabah yağış yağacaq
Azərbaycan Ordusu ilə SEPAH bir arada: "Araz - 2024" birgə taktiki təlimi başlayıb - FOTOLAR
5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... - Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir