Tramp: "Bu məsələdə Böyük Britaniya ilə razı deyiləm"

img

19-09-2025 [00:35]


ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya ikigünlük səfərinin son günündə keçrilən mətbuat konfransında İsrailin Qəzzadakı son əməliyyatları barədə sualı cavablandırıb. O, İsrailin hücumuna haqq verib, HƏMAS-ı israilli girovları dərhal azad etməyə çağırıb..

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp daha sonra Fələstini dövlət kimi tanımağa hazırlaşan Böyük Britaniyanın mövqeyinə toxunub.

Amerika lideri bildirb ki, Böyük Britaniyanın Fələstini rəsmən tanıması qərarı ilə bağlı burada müzakirə aparıb: "Mən bu məsələdə Baş nazir Keir Starmerlə razı deyiləm. Əslində, bu, bizim bir neçə məsələ ilə bağlı aramızdakı fikir ayrılıqlarından bridir..."

Samir Musayev
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA