Azərbaycanlı professorun ölkədən çıxışına "stop" qoyuldu

img

18-09-2025 [21:08]


İqtisad elmləri doktoru, professor Niyazi Həsənovun rəhbəri olduğu şirkətə görə ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Mia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Niyazi Həsənovun rəhbəri olduğu "AGRO SUPPLY SERVİCES" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 6823,24 manat vergi borcuna görə məhkəməyə müraciət edilib.

Məhkəmənin qərarı ilə 1958-ci ildə Salyan rayonunda anadan Niyazi Həsənovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək məhdudlaşdırılıb. 

Qeyd edək ki, Azərbaycan İqtisad Universitetində müəllim işləyən Niyazi Həsənov "Bərəkət" İctimai Birliyinin də sədridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA