"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"

img

18-09-2025 [15:49]


Əməkdar artist Könül Kərimova müğənnilərə qadağa qoyub.

Mia.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Gün ortası" proqramında mahnılarından istifadəyə icazə vermədiyini açıqlayıb:

"Mahnılarıma toxunmayın. Nə istəyirsiniz edirsiniz. Qəti olmaz. Özünüz bilərsiniz, sizə xoş gəldi və ya yox: qadağalarım var. Bilmirəm müasirlik nə deməkdir? Gedin başqa mahnı oxuyun. İcazə vermirəm ki, mahnının qol-qanadını qırasınız, adını da müasirlik qoyasınız. Kim icazə verir ki, onları cılızlaşdırasınız? Nədi-nədi daha çox qəbul olunur? Qəbul edən həmin kütlə mənə lazım deyil. Hər şeyin yeri səhv düşüb. Qalmaqalla hara kimi getmək olar? Bunun içində mədəniyyətsizlik, hörmətsizlik var".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA