Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq

img

18-09-2025 [17:59]


Sabah Bakının Xəzər rayonunun Şağan qəsəbəsinə təbii qazın verilişində fasilə yaranacaq.

Mia.az "Azəriqaz"a istinadla bildirilir ki, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə sentyabrın 19-da saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA